“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib
Ziyarətçilər “AzInTelecom”un təqdim etdiyi SİMA rəqəmsal həllər platforması və “bulud” xidmətlərinə xüsusi maraq göstərib və yüksək qiymətləndiriblər.(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Cənubi Afrika Respublikasında (CAR) keçirilən beynəlxalq “Africa Tech Festival 2024” konfrans və sərgisində iştirak edib.
CAR-ın paytaxtı Keyptaunda keçirilən tədbirdə “AzInTelecom” MMC stendlə çıxış edib. Stenddə iştirakçılara “AzInTelecom”un məhsul və xidmətləri haqqında ətraflı məlumat verilib.
Şirkətin əməkdaşları tədbir müddətində bir sıra xarici şirkətlərin nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Nümayəndələr arasında Afrika qitəsinin müxtəlif ölkələrində, xüsusilə bank və maliyyə texnologiyaları sahəsində çalışan şəxslər əsas yer tutub.
Tədbir zamanı ziyarətçilər “AzInTelecom”un təqdim etdiyi SİMA rəqəmsal həllər platforması və “bulud” xidmətlərinə xüsusi maraq göstərib və yüksək qiymətləndiriblər.
Ənənəvi olaraq hər il keçirilən “Africa Tech Festival”ına əsasən Afrika qitəsi olmaqla, dünyanın bir çox ölkəsindən informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər qatılır. Tədbir ticarət əlaqələrinin yaradılması və beynəlxalq əməkdaşlıq çərçivəsinin genişləndirilməsi üçün mühüm imkanlar təqdim edir. Builki tədbirin gedişində sərgilər və seminarlar təşkil olunub, ekspertlər çıxış edib və şirkətlər öz texnoloji məhsullarını nümayiş etdiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 11 d. əvvəl
-
-
24 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 41 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
2 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə



























