“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
“Kristal”dan rəsmi açıqlama:
Yasamal rayonu, Xarici Dairəvi yolun kənarında yerləşən tikili ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətiririk.
Sözügedən tikili ilə bağlı məsələ məhkəmə qaydasında araşdırılmış və Bakı Apellyasiya Məhkəməsinin 30.09.2025-ci il tarixli, 2(103)-443/2025 saylı qərarı ilə 53 kv.m sahəsi olan özbaşına tikilinin 34 500 manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi qərara alınmışdır.
Qərar qanuni qüvvəyə mindikdən sonra icra sənədi 26 yanvar 2026-cı il tarixində verilmiş və Yasamal Rayon İcra Şöbəsi tərəfindən icraata yönəldilmişdir. Borcluya məhkəmə qərarının könüllü icrası üçün vaxt verilmiş, rəsmi qaydada bildiriş təqdim edilmişdir.
Lakin müəyyən edilmiş müddət ərzində tikili könüllü şəkildə boşaldılmadığı üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məcburi icra tədbirləri həyata keçirilmişdir. İcra prosesi dövlət icra məmurunun rəhbərliyi ilə, polis əməkdaşlarının, təcili tibbi yardım briqadasının və digər aidiyyəti qurumların iştirakı təmin edilməklə həyata keçirilmişdir. Bu, prosesin tam şəffaf və təhlükəsizlik qaydalarına uyğun icra olunması məqsədi daşıyırdı.
Söküntü tam qanuni əsaslarla həyata keçirilmişdir. Bildiriş verilmədiyi və icazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 22 saat sonra
- 7 d. əvvəl
-
- 11 d. əvvəl
- 18 d. əvvəl
- 32 d. əvvəl
- 42 d. əvvəl
-
45 d. əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb













.jpg)







