Azərbaycanın qədim şərab istehsalçısının sədri dəyişib
Azərbaycanın qədim şərab istehsalçısı olan “Göygöl Şərab Zavodu” ASC-nin İdarə Heyətinin Sədri dəyişib.
Marja.az xəbər verir ki, 2024-cü ilin Oktyabr ayının 2-dən etibarən ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə Hacıyev Rauf Akif oğlu təyin olunub.
Hacıyev Rauf 26 İyul 1986-ci il tarixində anadan olmuşdur. 2007-ci ildə ali təhsilinin bakalavr pilləsini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə Kredit ixtisası üzrə bitirmişdir. Daha sonra 2007-ci ildə UNEC-in həmin ixtisas üzrə magistr dərəcəsinə qəbul olmuş və 2010-cu il tarixində bitirmişdir. H. Rauf həmçinin 2021-2022-ci il tarixləri ərzində “Cardiff Metropolitan University”-də “Master of Business Administration” ixtisası üzrə maqistr təhsilini uğurla bitirmişdir.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın qədim və böyük spirtli içki istehsal edən müəssisələrindən biridir. Əsası 1860-cı ildə şvabinq almanları tərəfindən qoyulmuş zavod bü gün “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
47 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib

























