Sığorta ödənişləri təmirlə əvəzlənəcək - QANUN DƏYİŞİR
Maliyyə Bazarlarına Nəzarət Palatası icbari avtomobil sığortasında endirimlərin qarşısını almaq üçün qanunda dəyişiklikləri müzakirə edir. Bu barədə sığorta bazarındakı mənbədən bildirilib.
Məlumata görə, indiyə qədər tətbiq edilən inzibati sanksiyalar sığorta şirkətlərinin avtomobillərin icbari sığortası üzrə endirimlərin qarşısının alınmasında effektivliyi olmayıb. Palata endirimlərin qarşısını almaq üçün indi daha çox iqtisadi metodlardan istifadə edəcək.
Nağd ödənişlər birbaşa təmirlə əvəzlənəcək
Bununla bağlı “İcbari sığortalar haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı təkliflər müzakirə edilir. Əsas təkliflər sığorta şirkətlərinin nağd şəkildə ödənişlərinin birbaşa təmirlə əvəzlənməsi və sığorta haqqının yeni qayda ilə hesablanmasıdır.
Yenilik qanunsuz endirimləri aradan qaldıracaq
Qanunla qadağan olunsa da, indiyə qədər sığorta şirkətləri öz marjaları daxil olmaqla müştəriyə 30%-ə qədər endirim edə bilirdilər. Yeniliyə əsasən müştərilərə verilən nağd sığorta ödənişlərin birbaşa təmirlə əvəzlənməsi ilə belə neqativ halların aradan qaldırılacaq. Məsələ burasındadır ki, sığorta şirkətləri müştərilərə verilən nağd sığorta ödənişlərini göstəriləndən az ödəyirdilər. Xərclərini bu şəkildə azaltmaq sığorta şirkətinə imkan verirdi ki, müştəriyə daha çox endirim edə bilsin. Ona görə də bazarda avtomobillərin icbari sığortası üzrə 30%, hətta 40%-ə çatan endirimlərə rast gəlinirdi. Nağd ödənişin birbaşa təmirlə əvəzlənməsi isə sığorta şirkətlərinin icbari avtosığorta üzrə ödəniş xərclərini artıracaq. Zərərliliyin artması ilə sığorta şirkətləri müştəriyə yüksək endirim verə bilməyəcək.
Avtomobil sahibləri narazı qalmayacaq
Sığorta ödənişlərinin birbaşa təmirlə əvəzlənməsinin müştərilər arasında narazılıq yarada biləcəyinə gəlincə, bildirilir ki, bunun üçün təmirin kefiyyəti artırılacaq. Belə ki, vahid qiymətləndirmə sisteminin fəaliyyəti genişləndiriləcək. Söhbət sığorta şirkətlərinin artıq əməkdaşlığa başladığı “Audatex Azerbaijan” şirkətindən gedir. Bundan əlavə, sığorta şirkətlərinin əməkdaşlıq edəcəyi servislərin kefiyyət reytinqi müəyyən ediləcək. Sığorta şirkəti bir avtomobilin təmiri üzrə servislərə təklif verəcək. Ən uyğun və kefiyyətli təmir təklif edən servisdə avtomobilin təmiri təşkil ediləcək.
Aidiyyatı olmayan şəxslər daha sığorta satmayacaq
Qeyd edək ki, böyük marja bazarda icbari avtomobil sığortasında yersiz rəqabətə səbəb olurdu. Avtomobillərin icbari sığortasının satışını sığorta agentləri ilə yanaşı, sığortaya aidiyyatı olmayan məkanlarda aidiyyatı olmayan şəxslər həyata keçirirdi. Qanunsuz endirimlərin aradan qalxması bu tipli satışları da sıradan çıxaracaq.
Sığorta haqqı şirkətə görə dəyişəcək
Müzakirə edilən digər əsas yenilik isə sığorta haqqı ilə bağlıdır. Baltikyanı ölkələrin bu sahədəki təcrübəsinə əsasən təklif edilir ki, icbari sığorta haqqının minimum səviyyəsi (Bonus-Malus sistemini çıxmaq şərtilə), yəni maya dəyəri müəyyən edilsin. Sığorta şirkətləri də göstərdikləri xidmətin kefiyyətinə əsasən təyin edilən sığorta haqqının üzərinə öz marjalarını əlavə edərək satış həyata keçirsinlər. Məsələn, icbari avtomobil sığortasının maya dəyəri 45 manat müəyyən edilirsə, sığorta şirkətləri 45 manatın üzərinə marjanı əlavə edərək satış həyata keçirirlər.
Qeyd edək ki, təkliflərin müzakirəsindən sonra “İcbari sığortalar haqqında” qanuna dəyişikliklərin olacağı gözlənilir.
© Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"

























