Zəmilərin 73 faizində biçin başa çatıb, 2,3 milyon tondan artıq məhsul yığılıb
Respublikada taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyulun 7-dək ölkə üzrə taxıl zəmilərinin 73 faizində biçin başa çatıb. Artıq payızlıq arpa sahələrinin 91 faizində, buğda sahələrinin isə 60 faizində biçin tam yekunlaşıb.
Bu mövsüm mexanizatorlar tərəfindən 385 783 hektar arpa sahəsi, 351 548 hektar buğda sahəsi biçilib. Biçin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 min hektar artıqdır.
Hazırda arpa üzrə orta məhsuldarlıq 29.7 sent/ha, buğda üzrə orta məhsuldarlıq isə 34 sent/ha təşkil edir. İndiyədək biçin aparılmış 737 331 hektar sahədən 2 341 831 ton məhsul yığılıb ki, bunun da 1 196 958 tonu buğda, 1 144 873 tonu arpadır.
Respublikanın 23 rayonunda biçin həcmi 90 faizi keçib, Bərdə, Neftçala və Naftalanda biçin tam başa çatıb. Hazırda taxıl üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb - 51.4 sent/ha. Orta məhsuldarlıq Ağdam, Ağcabədi, Bərdə, İmişli, Saatlıq, Sabirabad, Salyan rayonlarında da kifayət qədər yüksəkdir. Ümumilikdə 21 rayonda taxıl üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.
Hazırda taxıl biçini prosesində 1635 kombayn iştirak edir. Bunlardan 579 kombayn “Aqroservis” ASC-nin, 1056 kombayn fiziki və hüquqi şəxslərin balanslarında olan kombaynlardır.
Biçin davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
5 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
5 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq











.jpg)








