Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı!
“Bilik təcrübədə tamamlanır” şüarı ilə bu il IX dəfə keçirilən Milli Marketinq Forumu 29 iyun tarixində offline formatda uğurla yekunlaşıb.
“Facemark” və “Fil Agency” şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən forumun ikinci günü 3 panel və 17 spikerin iştirakı baş tutub.
Tədbir Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Abbaszadənin açılış nitqi ilə başlayıb. Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədrinin müşaviri Nəsimi Nərimanov, həmçinin forumun təsisçisi Rafiq Hunaltayın açılış nitqləri ilə davam edib.
Forum “Data və istehsalçı davranışı” ilə başlayıb. "Payriff" şirkətinin CEO-su Türkan Fərzəliyevanın moderatorluğu ilə baş tutan paneldə "AYES" şirkətinin direktoru Xəqani Səfərov, "Brandup" marketinq və dizayn agentliyinin təsisçisi Tamerlan İsmayılov və Azercell şirkətinin baş marketinq direktoru Mert Başar öz təcrübələrini paylaşaraq iştirakçılardan gələn sualları cavablandırıblar.
“Çevik marketinq strategiyaları” paneli PAŞA Kapital İnvestisiya şirkətinin marketinq rəhbəri Gülşən Cumayevanın moderatorluğu ilə keçirilib. "Coca-Cola" şirkətinin marketinq direktoru Emil Ələsgərov, "Marlab" şirkətinin təsisçisi Əli Bədəlov, "Synergy Partnership" şirkətinin təsisçisi, baş direktoru Rüfət Abbasov və TƏBİB-in ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova spiker qismində çıxış edərək marketinq strategiyaları, data və istehsalçı davranışı, rəqəmsal marketinq alətləri haqqında müzakirələr aparıblar.
“Rəqəmsal marketinq” paneli "New Media" və "Adviad" şirkətlərinin təsisçisi və baş direktoru Rasim Davudovun moderatorluğu ilə keçirilib. Panelin spikerləri - "Digital Hero" şirkətinin təsisçisi Babaxan Məlikli, "Gocreative GDDA" şirkətinin Bakı və İstanbul ofislərinin direktoru İslam Rızabəyli və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Nofəl Əliyev rəqəmsal dünyanın ən son yeniliklərindən, rəqəmsal marketinq alətlərindən danışıblar.
Həmçinin "Endorphin" şirkətinin təsisçisi Orxan Kərimov, "Mirros" psixoloji mərkəzinin psixoloqu Xanım Həsənova və "Argus Growth Agency"nin təsisçisi Bora Alçı tədbir zamanı keynote spiker qismində çıxış ediblər.
Qeyd edək ki, tədbir 30 iyun tarixlərində “Baku Marriott Hotel Boulevard”da offline formatda davam edəcək.
Milli Marketinq Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://millimarketinqforumu.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/MilliMarketinqForumu
İnstaqram: https://www.instagram.com/milli_marketinq_forumu/
Linkedln: https://www.linkedin.com/company/milli-marketinq-forumu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
- 26 d. əvvəl
- 40 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi yeni trendlər
- 2 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
-
16 saat əvvəl
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
-
16 saat əvvəl
Azərbaycan Çin şirkətilə “Birgə Yaşıl Enerji Sənaye Parkı”nı müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
Ən çox oxunanlar
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
Sənaye şirkəti ləğv edilir
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
“Azərmaş Group”a 10 milyon manat pul lazımdır












.jpg)





.jpg)


