Qeydiyyata alınmış aqroparklar üzrə göstəricilər açıqlandı
İnnovativ texnologiyalar tətbiq edilən aqroparklarda hər hektara düşən orta məhsuldarlıq arpa və buğda üzrə 6-7 ton/ha (ölkə üzrə 3,2 ton), qarğıdalı üzrə 12-15 ton/ha (ölkə üzrə 6 ton), şəkər çuğunduru üzrə isə 80 ton/ha-dır (ölkə üzrə 43 ton/ha).Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2023-cü ilin əvvəlindən etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb.
İqtisadi Zonaların İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, bununla əlaqədar 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb. Hazırda 22 aqropark fəaliyyətə başlayıb, 2 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır.
Qeydiyyata alınmış aqroparklarda 2023-cü ildə buğda istehsalı 41 min ton, arpa istehsalı 24 min ton, dən qarğıdalı istehsalı 31 min ton, şəkər çuğunduru istehsalı 78 min ton, kartof istehsalı 14 min ton, soya istehsalı 1.2 min ton, pambıq istehsalı 11 min ton, silos üçün qarğıdalı istehsalı 52 min ton və yonca istehsalı 11 min ton olub. İstehsal olunan 41 min ton buğdanın 66%-i ərzaqlıq, 18%-i toxumluq, 16%-i yemlik buğda olub. Bundan əlavə, 2023-cü ildə aqroparklar tərəfindən 96 milyon manatlıq məhsul satışı həyata keçirilib.
Aqroparklarda yeni intensiv və superintensiv meyvə bağlarının sahələri fındıq üzrə 3700 ha, badam üzrə 983 ha, nar üzrə 337 ha, alma üzrə 202 ha, gilas üzrə 156 ha, üzüm üzrə 127 ha və müxtəlif növ meyvə bağları üzrə isə 468 ha olmaqla, ümumilikdə 5973 ha təşkil edib. Aqroparklarda salınan fındıq bağı ölkədə sahəsinə görə ən böyük intensiv bağdır.
Aqroparklarda müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı müəyyən işlər həyata keçirilir, müasir suvarmanın tətbiq edilməsi əlavə su itkisinin qarşısının alınmasına gətirib çıxarır. Belə ki, aqroparkların əkin sahələrinin 16.3 min ha pivot, 6.1 min ha damlama, 1 min ha sprinkler vasitəsi ilə suvarılır.
İnnovativ texnologiyalar tətbiq edilən aqroparklarda hər hektara düşən orta məhsuldarlıq arpa və buğda üzrə 6-7 ton/ha (ölkə üzrə 3,2 ton), qarğıdalı üzrə 12-15 ton/ha (ölkə üzrə 6 ton), şəkər çuğunduru üzrə isə 80 ton/ha-dır (ölkə üzrə 43 ton/ha). Bundan əlavə, aqroparklarda 47 min kubmetr tutumunda soyuducu və 142 min kubmetr tutumunda müasir taxıl anbarı kompleksləri mövcuddur.
2023-cü ildə qeydiyyatı aparılmış aqroparklar tərəfindən 36.1 min ton süd və 1.3 min ton ət istehsal olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)






