”AzərEnerji” və BP şirkəti ilə Səngəçal terminalı ilə bağlı memorandum imzaladı
Səngəçal terminalının elektrikləşdirilməsi üçünBu gün “AzərEnerji” ASC və BP şirkəti (Səngəçal terminalının operatoru kimi) arasında Qarşılıqlı Anlaşma Memorandumu (QAM) imzalanıb.
Marja.az-ın “AzərEnerji”yə istinadən verdiyi məlumata görə, sənədə əsasən Səngəçal terminalının elektrikləşdirilməsini nəzərdə tutan bir layihə üçün texniki həll hazırlanacaq.
“Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi” (STEL) üzrə ümumi iş həcminin müəyyənləşdirilməsi və bu həcmin “AzərEnerji” ilə Səngəçal terminalının operatoru arasında bölüşdürülməsi istiqamətində əməkdaşlıq nəzərdə tutulub. Tərəflər həmçinin iş həcmini dəqiqləşdirmək üçün layihənin müfəssəl texniki dizaynı və kommersiya çərçivəsinin razılaşdırılması yönümündə də birgə işləyəcəklər. Bu məsələlər layihənin kommersiya səmərəliliyinin müəyyənləşdirilməsinin əsas elementini təşkil edir.
STEL layihəsi uğurla həyata keçirilərsə, Səngəçal terminalını enerji ilə təmin etmək üçün istifadə olunan yanacaq qazının yandırılması dayandırılacaq və terminal Azərbaycan dövlət enerjisistemindən enerji ilə təchiz olunacaq. Daha dəqiqi “Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi” (STEL) adlanan bu layihə həyata keçirildikdən sonra, Səngəçal terminalının elektrik enerjisi təchizatı BP şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində tikiləcək 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin Azərbaycan dövlət enerjisistemi əraziyə ötürülməsilə vasitəsilə təchiz olunacaq. “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan enerji Səngəçal terminalının təchizatı üçün çatışmadıqda terminalın elektrik enerji təchizatı “AzərEnerji” ASC tərəfindən təmin olunacaqdır.
Enerjisistemdən verilən elektrik enerjisi daha az karbon sərfiyyatlı olduğu üçün terminaldakı neft-qaz əməliyyatlarından yaranan istixana qazı emissiyaları elektrikləşdirilmə nəticəsində azalacaq ki, bu da Xəzər regionunda emissiyaların azaldılmasına və ümumiyyətlə ölkənin "yaşıl enerji" keçidinə töhfə verəcək.
“AzərEnerji”nin rəhbəri Baba Rzayevin sözlərinə görə, alternativ və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması və digər mütərəqqi prinsipləri özünə prioritet seçən və 2024-cü ili yaşıl dünya naminə həmrəylik ili elan edən Azərbaycanda 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində, həmçinin BMT-nin Dayanıqlı İnkişaf məqsədlərinə uyğun ardıcıl addımlar atılır. “Yaşıl enerji sahəsinin genişləndirilməsi və atmosferə atılan zərərli maddələrin azaldılması ilə bağlı Prezident İlham Əliyevin strategiyasına uyğun olaraq həyata keçirilən tədbirlər göz qabağındadır. Bu gün imzalanan anlaşma memorandumu da karbon qazının azaldılması niyyətinə öz töhfəsini verəcəkdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
9 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
9 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
9 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib





















