Əsgərlərin sığortasına 7 dəfə az pul ayırılıb
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta haqları kəskin azalıb.
“Marja” xəbər verir ki, 2017-ci ilin 6 ayı ərzində hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə 2,83 milyon manat sığorta haqları toplanıb. Eyni dövrdə ödənişlər 2,17 milyon manat təşkil edib.
2016-cı ilin 6 ayı ərzində hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə 16,13 milyon manat sığorta haqları toplanmış, 5,89 milyon manat sığorta ödənişləri həyata keçirilmişdi.
2016-cı il ərzində isə bu növ üzrə 17,04 milyon manat sığorta haqları toplanmış, 9,61 milyon manat sığorta ödənişləri həyata keçirilmişdi.
Qeyd edək ki, hərbi qulluqçular (əsgərlər daxil) dövlət büdcəsi hesabına sığortalanırlar. Sığorta haqlarının təxminən 7 dəfə azalması büdcədən bu məqsədlə vəsaitin ayırılmadığına işarə edir.
Hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti).
Ötən ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin atəşkəsi dəfələrlə pozması, nəticədə onlarla əsgərin vəfat etməsi və yaralanması bu növ üzrə ödənişləri artırıb.
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası, manatla
2017-ci ilin 6 ayı | 2016-cı ilin 6 ayı | 2016-cı il | |||
Sığorta haqları | Ödəniş | Sığorta haqları | Ödəniş | Sığorta haqları | Ödəniş |
2831249 | 2171000 | 16131912 | 5893448 | 17040783 | 9615025 |
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” “Sığortanın aparılması qaydası” adlı 6-cı maddəsində deyilir:
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi] (sığorta etdirənlər) üçün bu məqsədlə hər il dövlət büdcədəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır.
Sığorta etdirənlər hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını tə`min etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər.
Sığortaçı hər bir müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi] əvvəlki rübün icrasına dair hesabat təqdim edir.
Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana ə və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir.
Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa görə, Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta edilənlərə) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi hey`əti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər.
Hər bir hərbi qulluqçu 11000 (on bir min) manat məbləğində sığorta edilir.
Sığorta haqqı, sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.
Sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir:
a) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda - 100 faiz;
b) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, kontuziya , travma ), xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz;
c) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə) - 100 faiz;
ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunananə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik tə`yin olunduqda:
I qrup - 80 faiz;
II qrup - 60 faiz;
III qrup - 40 faiz;
d) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman:
ağır xəsarət (yaralanma, travma, kontuziya) alması nətidıqda, yaxud səhhəti pozulduğuna(xəstəliklə əlaqədar sağlanmlığına ziyan dəydikdə) görə hərbi xidmətə ə yararsız hesab edildikdə - 25 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yaralı hesab edildikdə- 5 faiz.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
4 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
6 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 8 saat əvvəl
-
8 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək

























