“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Amerikadan inflyasiya, İngiltərədən ÜDM göstəriciləri birjalara yön verə bilər.“InvestAZ İnvestisiya şirkəti”-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Birjalar sıx makroiqtisadi məlumatların yaşandığı həftələrdən birini də arxada qoydu.
İyul ayında ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunda yeni yaranan iş yerlərinin sayı 187 min nəfər artdı, işsizlik səviyyəsi isə 3.5%-ə düşdü. Orta həftəlik iş saatı 34.3-ə düşərkən, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) diqqətlə izlədiyi orta saatlıq qazanclar 0.4% artaraq 33.74$-a yüksəldi.
İyul ayı məşğulluq hesabatını qiymətləndirən ABŞ prezidenti Co Bayden ölkədəki işsizlik nisbətinin rekord aşağı səviyyələrə yaxınlaşdığını ifadə edərək, işlə təmin olunan əmək qabiliyyətli amerikalıların nisbətinin son 20 ilin ən yüksək səviyyədə olduğunu vurğuladı.
Bayden, vəzifəyə gəldiyi gündən bəri 13.4 milyon iş yeri yaratdıqlarına və işsizlik səviyyəsinin son 1.5 ildə 4%-dən aşağı olduğuna diqqət çəkdi.
Analitiklər bildiriblər ki, güclü maaş artımları və işsizlik səviyyəsinin aşağı düşməsi əmək bazarında sıxlığın davam etdiyini göstərir.
Ötən ay ölkə iqtisadiyyatının gözləntilərin altında məşğulluq təmin etdiyini qeyd edən analitiklər, buna baxmayaraq, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) pul-kredit siyasətinin sərtləşdirmə dövründə iqtisadiyyatı tənəzzüldən qorumaq üçün kifayət edəcək sürəti qoruduğunu ifadə ediblər.
Ötən həftə həmçinin, Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"-dan "AA+"-a endirib və proqnozu mənfidən sabitə dəyişdi.
FED rəsmilərinin açıqlamalarına gəldikdə isə Atlanta FED sədri Rafael Bostic, Bankın 2024-cü ilə qədər məhdudlaşdırıcı zonada olma ehtimalının yüksək olduğunu bildirib.
ABŞ-da məşğulluq artımlarının müntəzəm olaraq yavaşladığına diqqət çəkən Bostic, daha çox faiz artımına ehtiyac olmadığını müdafiə etdi.
Çikaqo FED sədri Austan Qulsbi də əmək bazarının soyumağa baxmayaraq güclü qaldığını vurğulayaraq, inflyasiyada da ümidverici məlumatların alındığını bildirib.
Qulsbi, “Fitch Ratings”-in ABŞ-ın reytinqini aşağı salmasından da söz açıb və bunun bir fərq yaradacağını düşünmədiyini bildirib.
Ötən həftə 102.89 bənd həddinə kimi yüksələn dollar indeksi, burada müqavimətlə qarşılaşaraq, yenidən 102.00 bənd səviyyəsinə kimi gerilədi və həftəni bu səviyyədə başa vurdu.
Cari həftə ərzində isə Amerikada dərc olunacaq inflyasiya göstəriciləri DXY-da tendensiyanın gedişində həlledici rol oynaya bilər.
EUR
Ötən həftə 1.09$ həddini test etdikdən sonra 1.10$-a kimi yüksələrək həftəni tamamlayan EURUSD məzənnəsində qiymətlər 1.10$ səviyyəsinin üzərində qaldığı müddətcə, artım tendensiyası davam edə bilər.
Cari həftə ərzində Avropa Mərkəzi Bankının (AMB) aylıq hesabatı və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
GBP
Ötən həftə İngiltərədə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, analitiklərin proqnozları ilə üst-üstə düşərək, 53.7 bənd səviyyəsindən 51.5 bənd səviyyəsinə qədər zəifləyib.
Dollar qarşısında ötən həftə 1.2620 hədlərindən dəstək görərək 1.2750 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə açıqlanacaq ÜDM göstəricilərini diqqət mərkəzində saxlayacaqlar.
İngiltərə Mərkəzi Bankı cari rübdə Böyük Britaniyanın ÜDM artımını 0.8% təşkil edəcəyini proqnozlaşdırır.
Qurumun hesabatına əsasən, ölkə iqtisadiyyatı son rübdə 0.1% artım göstərib, baxmayarak ki, dinamikanın dəyişməyəcəyi proqnozlaşdırılırdı.
Bu il olduğu kimi, növbəti ildə tənzimləyici Böyük Britaniyada ÜDM-in 0.5%, 2025-ci ildə isə iqtisadiyyatın 0.25% artacağını ehtimal edir.
Eləcə də ölkədə inflyasiyanın ilin sonuna kimi 2022-ci ildəki 10.75%-dən təxminən 5%-ə qədər zəifləməsi proqnozlaşdırılır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
-
-
16 d. əvvəl
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
-
25 d. əvvəl
Yanvarda xurma Azərbaycana 22 milyon dollar, alma 8 milyon dollar gəlir gətirib
-
33 d. əvvəl
Nestle-dən ixtisar qərarı: İki il ərzində 16 min nəfər işdən çıxarılacaq
-
38 d. əvvəl
Azərbaycanda halal turizmə aid yeni dövlət standartı qəbul olunacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
Fevralın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
























