Türkiyə Mərkəzi Bankının xalis ehtiyatı mənfi 4,4 milyard dollar olub
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının xalis ehtiyatı seçkidən bir həftə əvvəl mənfi 4,4 milyard dollar olub. Beləliklə, xalis ehtiyatda tarixi aşağı səviyyə qeydə alınıb.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ehtiyatları seçkiyə bir həftə qalmış azalmağa davam edib.
Marja.az TCMB-nin məlumatına istinadən xəbər verir ki, cəmi ehtiyatlar 26 may həftəsində 3,1 milyard dollar azalaraq 98,5 milyard dollara düşüb. Son 2,5 ayda TCMB-nin cəmi ehtiyatlarında 28 milyard dollar azalma müşahidə olunub.
Xalis ehtiyatda isə tarixi aşağı səviyyə qeydə alınıb. Məlumata görə, TCMB-nin xalis ehtiyatı mənfi 4,4 milyard dollar təşkil edib.
Svoplar istisna olmaqla xalis ehtiyat pisləşməkdə davam etmişdir. 26 May həftəsində xalis ehtiyat mənfi 60,5 milyard dollar olub. Əvvəlki həftə bu rəqəm mənfi 60,3 milyard dollar olaraq qeydə alınmışdı.
Yerli rezidentlərin valyuta depozitləri 7 milyard dollar azalıb
Mayın 26-sı həftəsində yerli rezidentlərin xarici valyutada depozitlərinin sürətlə xaricə getməsi də diqqəti cəlb edib. Əvvəlki həftədə 183 milyard dollar olan yerli sakinlərin xarici valyuta depozitləri 26 Mayda bitən həftədə 176 milyard dollara düşüb.
Fiziki şəxslərin xarici valyutada depozitləri əvvəlki həftə ilə müqayisədə 3,9 milyard dollar azalaraq 105,8 milyard dollar, hüquqi şəxslərin xarici valyutada depozitləri isə 3 milyard dollar azalaraq 70,3 milyard dollar olub.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 29 d. əvvəl
-
-
38 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 57 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər




















