Credit Suisse dəstək üçün İsveçrənin dövlət qurumlarına müraciət etdi
Credit Suisse səhmlərinin çökməsi fonunda İsveçrə tənzimləyicilərindən dəstək istəyirİsveçrənin Credit Suisse bankı Çərşənbə günü səhmlərinin çökməsi fonunda dəstək üçün mərkəzi banka və bazar tənzimləyicisinə müraciət edib.
Marja xəbər verir ki, bu barədə İsveçrə maliyyə institutu ilə bağlı risklərin ölçüsü, vəziyyətlə tanış olan mənbələrə istinadən The Financial Times xəbər verir.
Daha əvvəl maliyyə şərhçisi və bestseller “Zəngin ata Kasıb ata” kitabının müəllifi Robert Kiyosaki demişdi ki, Amerika Silikon Vadisi Bankının (SVB) müflisləşməsindən sonra uğursuzluğa düçar olacaq növbəti bank İsveçrənin ən böyük banklarından biri Credit Suisse olacaq. O, əvvəllər 2008-ci ildə ABŞ-ın bank nəhəngi Lehman Brothers-in çökəcəyini dəqiq proqnozlaşdırmışdı. Credit Suisse Group-un əsas səhmdarı Səudiyyə Milli Bankı daha sonra tənzimləmə problemlərini əsas gətirərək İsveçrə bankını xilas etməyi istisna edib. Buların fonunda Credit Suisse səhmləri 30% ucuzlaşıb.
"Credit Suisse səhmləri 30% dəyər itirəndən sonra İsveçrə Milli Bankından dəstək istəyib. Credit Suisse İsveçrənin tənzimləyicisi Finma-ya da oxşar tələblə müraciət edib, lakin heç bir qurum hələlik müdaxilə ilə bağlı qərar qəbul etməyib", - nəşr yazır.
Credit Suisse 1856-cı ildə təsis edilib. Dünyanın 50 ölkəsində fəaliyyət göstərən bankda 48 minə yaxın işçi çalışır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 36 d. əvvəl
-
-
41 d. əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 43 d. əvvəl
-
1 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
-
16 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
17 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Ən çox oxunanlar
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib


















