970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakı Fond Birjasında gender bərabərliyinə həsr edilmiş “Açılış Zəngi” keçiriləcək

AzVak-mobil_resmin_ustu_31
Bakı Fond Birjasında gender bərabərliyinə  həsr edilmiş “Açılış Zəngi” keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Fond Birjası 2020-ci ildə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır.

Birjanın yaydığı məlumatda bildirilir ki, bu əməkdaşlığın nəticəsi olaraq, 7 mart 2023-cü il tarixində Bakı Fond Birjası təşkilatçılığı ilə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri keçiriləcəkdir.

Reklam_3_11

Qlobal keçirilən “Açılış Zəngi” mərasimlərinin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender bərabərliyinin inkişafında özəl sektorun oynaya biləcəyi əsas rola diqqəti cəlb etmək və Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri (Women’s Empowerment Principles) haqqında məlumatlılığı artırmaqdır.

Qeyd edək ki, hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirdirlər. Bu il dünyada 114 fond birjası tərəfindən “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçiriləcəkdir.

24.02.2023 12:10
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19