970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI

AzVak-mobil_resmin_ustu_31
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı "STATİSTİK BÜLLETEN Aprel 2026" buraxılışını dərc edib. Marja.az bülletenə istinadən xəbər verir:

Bank sektoru

30 aprel 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı 3 min 498 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.5% və ya 148 nəfər artaraq 27 min 389 nəfər təşkil etmişdir. 

Fəaliyyətdə olan bankların cəmi aktivləri 57 milyard 355.8 milyon manat, cəmi öhdəlikləri 49 milyard 695.5 milyon manat, balans kapitalı 7 milyard 660.3 milyon  manat olmuşdur. 

Hesabat ayında bankların kredit portfeli 1.1% və ya 318.9 milyon manat artaraq 30 milyard 609.2 milyon  manat olmuşdur.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.3% (16 milyard 312.6 milyon manat);

ıı) istehlak kreditləri – 31.5% (9 milyard 629.4 milyon manat)

ııı) ipoteka kreditləri – 15.2% (4 milyard 667.2 milyon manat). 

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76%-i və ya 37 milyard 770.8 milyon manat. Depozit portfelinin 54.3%-i (20 milyard 498.6 miylon manat) hüquqi şəxslərin, 45.7%-i (17 milyard 272.2 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 

Fiziki şəxslərin əmanətlərinin 69.8%-i (12 milyard 58.3 milyon manat) milli valyutada, 30.2%-i (5 milyard 213.8 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.6%-i (10 milyard 979.9 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri aprel ayında 2.1% və ya 221.9 milyon manat, tələbli əmanətləri 7.9% və ya 462 milyon manat artmışdır.

2026-cı ilin aprel ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1% (2,163 əmanətçi), ilin əvvəlindən 8% (15,498 əmanətçi) artaraq 209.6 min nəfər təşkil etmişdir.

Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 342.9 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.8%-ni təşkil etmişdir. 

2026-cı ilin yanvar – aprel ayları ərzində banklar 438.5 milyon manat xalis mənfəət, 658.7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Müvafiq dövr ərzində banklar tərəfindən ümumilikdə 104.2 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.

Monetar sektor

Cari ilin aprel ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0.2% artaraq 40 milyard 480.4 milyon manat təşkil etmişdir. 

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 762.1 milyon manat azalaraq 2 milyard 499.6 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qeyrirezident banklardan cəlb olunmuş qısamüddətli depozit və kreditlərin həcmindəki azalma ilə əlaqədardır.

Ödənişlər sektoru 

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 108 min ədəd artaraq 22 milyon 518 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 11% artmış, kredit kartlarının sayı isə 11% azalmışdır.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 16% artmışdır. 2026-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 94 miylon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 969 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 123 milyon manatı POS-terminallar, 2.5 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.9%-ni təşkil etmişdir. 

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 6%, POS-terminalların sayı 24% artmışdır. 

azərbaycan mərkəzi bankı statistik bülleten 2026 amb aprel 2026 hesabatı azərbaycan bank sektoru 2026 bank aktivləri 2026 bank kredit portfeli azərbaycan biznes kreditləri statistikası istehlak kreditləri 2026 ipoteka kreditləri azərbaycan bank depozitləri 2026 fiziki şəxslərin əmanətləri hüquqi şəxslərin depozitləri bank sektorunun xalis mənfəəti azərbaycanda müddətli əmanətlər bank sektorunda çalışanların sayı azərbaycanda atm sayı pos terminallar statistikası ödəniş kartları statistikası 2026 nağdsız ödənişlər azərbaycan elektron ticarət əməliyyatları manatla pul kütləsi m2 bank sektorunun xarici öhdəlikləri azərpoçt ödəniş sistemi azərbaycanda bank bazarı 2026 amb bank statistikası nağdsız əməliyyatların həcmi
25.05.2026 13:23
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19