Dolların bahalaşması fonunda qızılda eniş tendensiyası davam edir - GÜNƏ BAXIŞ
İnflyasiya ilə mübarizə bütün dünyada mərkəzi bankların bir nömrəli prioriteti olaraq qalmaqda davam etsə də, fevralın əvvəlindən açıqlanan məlumatlar sözügedən mübarizənin effektivliyinə dair suallar doğurur.
FED-in növbəti iki iclasında faiz dərəcəsini 25 baza bəndi artıracağna dəqiq gözülə ilə baxılmaqla yanaşı, iyun ayında keçiriləcək toplantısında da bankın uçot dərəcələrini 55% ehtimalla 0.25% artıracağı proqnozlaşdırılır.
FED rəsmilərinin inflyasiya təzyiqlərinin artması ilə şifahi rəhbərliyindəki şahin duruşuna diqqət çəkən analitiklər, üzvlərin çıxışlarının həftə boyunca yaxından təqib ediləcəyini bildiriblər.
Beləki, cari ticarət həftəsinin ilk günü FED İdarə Heyətinin Üzvü Mişel Bouman, çıxışı zamanı Bankın inflyasiya hədəfinə çatmaq üçün hələ yolun uzun olduğunu düşündüyünü və daha çox irəliləyiş görənə qədər faiz artımlarının davam etməsi gərəkdiyini qeyd edib.
Eləcə də, Riçmond FED sədri Tomas Barkin də ABŞ-ın inflyasiya ilə bağlı yavaş irəliləyiş əldə etdiyini, məlumatlara cavab vermək üçün çevik bir üsul olaraq 25 baza bəndi faiz artımını dəstəklədiyini bildirib.
Həmçinin bu gün Bakı vaxtı ilə saat 13:00-da, 13:30-da və 17:30-da müvafiq olaraq Avrozonada, İngiltərədə və Amerikada dərc olunacaq pərakəndə sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq..
Hazırda 103.75 bənd hədlərində qərarlaşan dollar indeksində “Buğalar” DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə saxlaya bilsələr, artım tendensiyası 105.00 bənd hədlərinə kimi davam edə bilər. Nəticədə EUR/USD, GBP/USD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Dolların bahalaşması fonunda qızılda eniş tendensiyası davam edir. Hazırda 1838$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə qiyməti 1820$ və 1800$-a kimi ucuzlaşa bilər.
Hazırda təqribən 24900$-dan təklif edilən kriptovalyuta birjalarının lokomativi olan bitkoində qiymət 25000$ həddini qırsa və üzərində möhkəmlənsə, BTC/USD 27000$-a kimi bahalaşa bilər.
Təhlil “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
8 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















