970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir

AzVak-mobil_resmin_ustu_31
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik 8 müntəzəm reys həyata keçirilir. Sərnişin tələbatından asılı olaraq bu say dəyişə bilir. Məsələn, yay mövsümündə sərnişin axını artdığı üçün uçuşların sayı 16-a qədər artır".

Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev APA İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyasına (AZTV) müsahibəsində Bakı-Naxçıvan-Bakı reysləri ilə bağlı bəzən gecikmələr, uçuşların təxirə salınması halları ilə bağlı suala cavab verərkən deyib.

S. Rzayev bildirib ki, reyslərin sayında edilən dəyişikliklər həm əməliyyat səmərəliliyi, həm də uçuş təhlükəsizliyi nəzərə alınaraq həyata keçirilir:

"Kəskin hava şəraiti, gözlənilməz texniki hallar zamanı müəyyən operativ qərarlar qəbul edilir və uçuş cədvəlində müəyyən dəyişikliklər tətbiq edilə bilir. Bir də görürsünüz ki, Bakıdan uçuşlarda təyyarə havaya qalxır və Naxçıvan istiqamətində davam etməkdədir və artıq Naxçıvana çatdıqda, ümumiyyətlə hava şəraitində dəyişiklik baş verdikdə və eyni zamanda, Naxçıvan Hava Limanının xüsusi relyefli bir ərazidə yerləşdiyini nəzərə alaraq, hava şəraiti təhlükəli hesab edildiyindən ekipaj - uçuş heyəti qərar verir ki, bu təhlükəli hesab olunur və təyyarə qayıtmalıdır. Sözsüz bizim üçün, AZAL üçün prioritet təhlükəsizlikdir və burada heç bir xərcə, heç bir əlavə xərclərə baxmadan birmənalı şəkildə qərar ondan ibarətdir ki, təyyarə qayıtmalıdır, Bakıya eniş etməlidir və hava düzəldikdə həmin reys yenidən yerinə yetirilə bilər".

İş elanları AzVak.az-da

© APA

23.05.2026 22:36
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19