Dövlət şirkəti daha 50 milyon dollarlıq istiqraz buraxmaq istəyir
Dövlətə məxsus "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) investorlara təklif etdiyi 100 milyon ABŞ dolları dəyərində istiqrazları satdıqdan sonra daha 50 milyon dollarlıq istiqraz buraxacaq.
Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Rauf Vəliyev bildirib.
"İstiqraz buraxılışını genişləndirməkdə məqsəd daha geniş bazarlara çıxış əldə etməkdir. Bu ili 70-75 milyon manat mənfəətlə başa vurmağı planlaşdırırıq", - deyə o qeyd edib.
Xəbər verdiyimiz kimi, ASCO "Bakı Fond Birjası" QSC-də 100 milyon ABŞ dolları dəyərində istiqrazlarını yerləşdirir. Söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar 5 il dövriyyədə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər 6 aydan bir ödəniləcək.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
19 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















