Elektrikli avtomobil vergisi 2027-ci ildə Britaniyaya 1,9 milyard dollar gəlir gətirəcək
Məlumata görə, yeni elektromobillərin sahibləri ilk ildə güzəştli tariflə vergi ödəyəcəklər, sonra bu, ildə 196 dollara qədər yüksələcək.Britaniya Xəzinədarlığının, 2030-cu ilədək benzin və dizel yanacağı ilə işləyən avtomobillərin planlaşdırılmış dayandırılmasından yaranan maliyyə itkilərini kompensasiya etmək üçün elektrik nəqliyyat vasitələrinə vergi tətbiq etməsi 2027-ci ildə büdcəyə 1,6 milyard funt-sterlinq (təxminən 1,9 milyard dollar) daxol olmasına səbəb olacaq.
Marja xəbər verir ki, bu barədə cümə günü Financial Times (FT) məlumat yayıb.
Məlumata görə, yeni elektrik avtomobillərin sahibləri ilk ildə güzəşt ilə vergi ödəyəcəklər, sonra isə illik 165 funt-sterlinqə (196 dollar) yüksələcək. Belə ki, 2025-ci ildə xəzinə 515 milyon funt-sterlinq (təxminən 612,5 milyon dollar), 2026-cı ildə isə 985 milyon funt-sterlinq (təxminən 1,2 milyard dollar) əldə edəcək.
Hökumətin bu təşəbbüsü bir sıra "yaşıl" təşkilatlar tərəfindən tənqid olunub. Bildirilir ki, yeni vergilər Böyük Britaniyanın elektrik avtomobillərə doğru irəliləyişini dayandırmaq riski daşıyır.
Böyük Britaniyanın Maliyyə Nazirliyi ölkədə vergiləri artırmaq planını açıqlayıb. Xüsusilə, iri korporasiyaların mənfəət vergisi gələn ilin aprelindən 19%-dən 25%-ə qaldırılacaq. Tədbirlər paketinə 2025-ci ilin aprelindən elektromobillərin vergidən azad edilməsi haqqında fərmanın ləğvi də daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
8 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
10 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
11 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
11 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
11 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
11 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)








.jpg)






.jpg)

