Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
(®) İnnovasiya lideri Bakcell “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təsis edilən “Kaşalata” kafede “İnklüzivlikdə İnnovativ Həllər” adlı tədbir təşkil edib. Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafını təşviq etmək, bu sahədə mövcud innovativ həll modellərini müzakirə etmək olub. Tədbirdə dövlət, özəl şirkət, həmçinin QHT və media nümayəndələri də daxil olmaqla ümumilikdə 40-a yaxın qonaq iştirak edib.
Tədbir çərçivəsində inklüziv cəmiyyətin qurulmasında tətbiq edilən ən son yeniliklər, bu sahədə məşğulluq və təhsil imkanlarının genişləndirilməsi, həmçinin sosial sahibkarlıq modellərinin tətbiqi ətrafında geniş müzakirələr aparılıb. “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və sədri Aytən Eynalovanın moderatorluğu ilə keçirilən müzakirədə millət vəkili Fariz İsmayılzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Mərkəzi Bankın Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi və Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış ediblər.
“Bakcell olaraq innovasiya yanaşmamızın əsasında cəmiyyətin hər bir üzvü üçün müasir imkanlar yaratmaq dayanır. “Birgə və Sağlam” ilə güclü əməkdaşlığımız inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində davamlı dəstəyin göstəricisidir və biz bu kimi təşəbbüsləri gələcəkdə artırmağı hədəfləyirik”, – deyə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova bildirib.
Bakcell inklüziv cəmiyyətin qurulmasına dəstək strategiyası çərçivəsində neyro-müxtəlifliyi olan şəxslərin inkişafını, bərabər imkanların yaradılmasını və inklüziv yanaşmaların genişləndirilməsini hədəfləyən layihələri davamlı şəkildə həyata keçirir. Şirkət yeni texnoloji və sosial təşəbbüslər vasitəsilə cəmiyyətin dayanıqlı inkişafına töhfə verir.
“Birgə və Sağlam” İctimai Birliyi neyro-müxtəlifliyi olan şəxslərin və onların ailələrinin sosial rifahını dəstəkləyir, autizmli şəxslərin cəmiyyətə inteqrasiyası, inklüziv təhsil və məşğulluq imkanlarının artırılmasına yönəlmiş layihələr həyata keçirir. “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü ilə təsis edilmiş “Kaşalata” kafe neyro-müxtəlifliyi olan gənclərin məşğulluğunu dəstəkləyən mühüm bir sosial layihədir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
-
11 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
11 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
11 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
14 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
14 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən




















