Azərbaycan xəzinəsi 130 milyon manat da borc alır
22 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 100 milyon manatlıq Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir.
Marja Birjanın yaydığı məlumata istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri:
Dövlət istiqrazının növü:Diskontlu, qısamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0104001976
Emissiya həcmi : 100 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 364 gün
Ödəmə tarixi: 21.11.2023
Anderrayter: Paşa Kapital İŞ QSC
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
XXX
Həmçinin 22 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 30 milyon Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri:
Dövlət istiqrazının növü: kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0105032947
Emissiya həcmi: 30 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 728 gün
Faiz ödənişləri (olduqda)23 may 2023-cü il, 21 noyabr 2023-cü il, 21 may 2024-cü il, 19 noyabr 2024-cü il
Faiz gəliri: 4.5%
Ödəmə tarixi: 19.11.2024
Anderrayter: “Paşa Kapital İŞ”QSC
Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr dövründə Maliyyə Nazirliyinin 1 milyard 46 milyon 552 min manatlıq istiqrazları yerləşdirilib. Eyni zamanda, Maliyyə Nazirliyi Noyabr ayının ötən dövründə istiqrazların yerləşdirilməsi ilə 95 milyon manat cəlb edib.
HƏMÇİNİN OXU: Xəzinə 75 milyon manat da borclandı
HƏMÇİNİN OXU: Maliyyə Nazirliyi bu il daxili bazardan 1 milyard manatdan çox borc alıb
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 29 d. əvvəl
-
- 31 d. əvvəl
-
40 d. əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
3 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























