Türkiyə təcrübəsi Azərbaycana gətirilir - KOBİA, Dövlət Agentliyi və “CCN” şirkəti sənəd imzaladılar
Noyabrın 4-də Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatı (KOSGEB) arasında mikro, kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışının genişləndirilməsinə dair Niyyət Protokolu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və KOSGEB-in sədri Hasan Basri Kurt imzalayıblar.
Həmçinin, dünən keçirilmiş Azərbaycan-Türkiyə Biznes Forumu çərçivəsində KOBİA iki sənəd imzalayıb. KOBİA, İcbari Sığorta üzrə Dövlət Agentliyi və Türkiyənin “CCN” Şirkətlər Qrupu arasında Azərbaycanda imzalanmış Anlaşma Memorandumu səhiyyə infrastrukturunun inkişaf etdirilməsi və səhiyyə xidmətlərinin təşkili sahəsində dövlət-biznes əməkdaşlığını nəzərdə tutur. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İcbari Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və “CCN” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Murat Çeçen imzalayıblar. Sənəddə Azərbaycan və Türkiyə arasında səhiyyə xidmətləri sahəsində dövlət-biznes əməkdaşlığı təcrübəsinin daha da genişləndirilməsi, bununla əlaqədar müvafiq Türkiyə təcrübəsinin Azərbaycana gətirilməsi, ən yaxşı beynəlxalq təcrübələr əsasında səhiyyə xidmətlərinin təşkil edilməsində dövlət və özəl sektor arasında praktiki əməkdaşlığın gücləndirilməsi, yerli Azərbaycan şirkətlərinin bu sahədə yeni texnologiyalara, qabaqcıl beynəlxalq təcrübəyə və nou-haulara çıxışlarının təşviq edilməsi üzrə əməkdaşlıq öz əksini tapıb.
Biznes forum çərçivəsində KOBİA və Türkiyənin “SUR YAPI” şirkəti arasında Anlaşma Memorandumu da imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “SUR YAPI AZ” MMC-nin direktoru Cem Hakan Elmas imzalayıblar. Sənəddə müvafiq sahələrdə layihələrin mübadiləsi, hər iki ölkənin KOB-ları arasında əlaqələndirmə işlərinin aparılması və etibarlı tərəfdaşların müəyyən edilməsi, qarşılıqlı sәrmayә yatırımlarının hәyata keçirilmәsinə və KOB-lar üçün layihələrin reallaşdırılmasına dәstәyin göstәrilmәsi öz əksini tapıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
-
18 d. əvvəl
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
-
24 d. əvvəl
Azərbaycan Çin şirkətilə “Birgə Yaşıl Enerji Sənaye Parkı”nı müzakirə etdi
-
32 d. əvvəl
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
- 45 d. əvvəl
- 51 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
"Sizin Lombard"a 7 illik müddətə 2 milyon manat lazımdır - İllik 15% ödəyəcək
-
2 saat əvvəl
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Sənaye şirkəti ləğv edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
“Azərmaş Group”a 10 milyon manat pul lazımdır
SOCAR yeni şirkət yaradıb
Kapital Bank “Mashreq Bank”la tarixi sazişə imza atdı - 50 milyon dollar kredit cəlb edir












.jpg)










.jpg)
