İctimai nəqliyyatda təmassız ödənişlərin il ərzində sayı ilk dəfə 1 milyard həddini geridə qoyub
əmassız əməliyyatlar getdikcə geniş rəğbət qazanırlar, çünki bütün dünyada rəqəmsal texnologiyaları tətbiq edən nəqliyyat şirkətlərinin sayı sürətlə artır. Hazırda, Visa-nın məlumatına əsasən, ictimai nəqliyyatda təmassız ödənişlərin il ərzində sayı ilk dəfə 1 milyard həddini geridə qoyaraq, vacib dönüş nöqtəsini keçib.Visa şirkəti ictimai nəqliyyatda təmassız əməliyyatlarının bir il ərzində sayının ilk dəfə 1 milyard həddinə çatdığını açıqlayıb.
Visa-nın yaydığı məlumatda bildirilir ki, ictimai nəqliyyatda bir toxunuşla ödəmə texnologiyası (tap-to-ride) sərnişinlərə gediş haqqını bank kartları və ya elektron pul kisələri vasitəsilə ödəməyə imkan verir. Beləliklə, özünlə xırda pul daşımağa və ya nəqliyyat kartının daima dolu saxlamağı unutmamağa lüzum qalmır. Visa-nın köməyilə təmassız ödənişlər Banqkokdan tutmuş Rio-de-Janeyro və Mexikoyadək dünyanın bir çox şəhərində geniş istifadə olunur. Visa həmçinin ictimai nəqliyyatda Tap to Pay təmassız ödənişlər texnologiyasının 2011 ildə ilk tətbiqindən bəri şəhərlərdə hərəkətlilik sahəsində 550-dən çox təşəbbüsü dəstəkləyib.
Azərbaycanda 2021 ildə Visa şirkəti Bakı şəhəryanı elektrik qatarlarında təmassız ödəmələri mümkün etmək üçün Bakı dairəvi dəmir yolunun 14 stansiyasında təmassız oxuyucu cihazları ilə təchiz edilmiş turniketlər quraşdırıb. Sərnişinlər gediş haqqını təmassız bank kartı və ya NFC modulu ilə təchiz edilmiş cihazlar (smartfonlar və ağıllı saatlar) vasitəsilə ödəyə bilərlər. Layihə “Azərbaycan Dəmir Yolları” QSC (ADY), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Beynəlxalq Bankı, IBA Group, RBC Group və Azərikard ilə tərəfdaşlıqda icra olunub.
Rəqəmsal ödəmələrin sürətli artımı bu seçimin istehlakçılar üçün nə qədər cəlbedici olduğunun əyani sübutudur. Tarixdə ilk dəfə Visa ödəmə şəbəkəsi dünya üzrə nəqliyyat sistemlərində il ərzində 1 milyarddan çox tap-to-ride əməliyyatı emal edib. Bu nailiyyətdə Avropa ən böyük paya malikdir: məsələn, yalnız Böyük Londonun nəqliyyat sistemində gündə 4 milyondan çox təmassız ödəniş qəbul olunur. Dünyanın bütün regionlarında təmassız əməliyyatlarda artım müşahidə olunur; Şimali Amerikada ictimai nəqliyyatda hər beş ödənişdən biri təmassızdır. Sərnişinlərə rahatlıq və çeviklik təklif etməklə yanaşı, təmassız ödəmə texnologiyası nəqliyyat şirkətləri üçün də qoyulan sərmayələrin verimliliyini sübuta yetirilər.
Bu təmassız texnologiya həmçinin Visa Prepaid və Private Label tipli kartların istifadəsini də dəstəkləyir, hansılar ki, maliyyə vəziyyətləri və bank hesabının olub-olmamasından asılı olmayaraq ictimai nəqliyyatın bütün istifadəçilərinə rəqəmsal gediş bileti əldə etməyə imkan verirlər, bu da öz növbəsində bütün dünyada maliyyə xidmətlərinin əlçatanlığını artırmaqda mühüm rol oynayır.
Visa şəhər bələdiyyələri, urbanistlər, şəhər hakimiyyətlərinin nəqliyyat departamentləri, nəqliyyat operatorları və həll təchizatçıları ilə işbirliyi quraraq şəhərlərdəki hərəkətlilikdə inklyuzivliyi, ekoloji təmizliyi və çoxnövlü şəhər nəqliyyatının qarşılıqlı əlaqələndirilməsini vurğulayır. Dayanıqlı şəhərlər şəbəkəsi (Resilient Cities Network) çərçivəsində Visa, Latın Amerikası və Karib dənizi hövzəsinin bir sıra şəhərləri ilə əməkdaşlıqda regionun özəlliyini nəzərə alan rəqəmsal həllər işləyib hazırlayır.
Visa həmçinin Ümumdünya İqtisadi Forumunun müştərək, əlaqəli və dekarbonlaşdırılmış nəqliyyat ekosistemini yaratmaq məramı üçün mövcud çağırışları və çözümləri daha yaxşı anlamağa çalışan Global New Mobility Coalition (Qlobal yeni mobillik koalisiyası) ilə əməkdaşlıq edir. Həmin işbirliyi daxilində gediş haqlarının ödənilməsində innovasiyaların ətraf mühitə təsiri öyrənildi: Sərnişin daşımalarının ödənilməsində innovasiyalar, insanları hərəkətdə saxlamaqla yanaşı, planeti də qoruyurlar (Innovation in mobility payments is keeping people moving while protecting the planet).
Son 60 il ərzində Visa dövlət qurumları ilə əməkdaşlıqda nəqliyyatın əlçatanlığını və ödəmə üsullarını təkmilləşdirərək iqtisadiyyatın artımına və cəmiyyətin rifahının yüksəldilməsinə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 5 saat əvvəl
-
5 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
6 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















