IV İslam Hərməyliyi Oyunlarına xərclənəcək vəsait açıqlanıb
"Əməliyyat Şirkəti tam şəkildə formalaşıb. Mütəxəssislər öz vəzifələrini icra edir. 60-a yaxın xarici mütəxəssis və 500-ə yaxın yerli gənclər bu işlərin öhdəsindən gəlir. Əsas məsələ açılış və bağlanış mərasimləri ilə bağlıdır".
Bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimindən danışıb: "Bunlar Bakı Olimpiya Stadionunda olacaq və böyük iş tələb edir. Mədəniyyət tədbirləri həyata keçiriləcək. Heç bir sahədə heç bir gecikmə yoxdur. Bizə verilən sifarişlərə əsasən Oyunlarda 4 000-ə qədər idmançı, 2 000 nəfər isə texniki şəxs, nümayəndə heyəti olacaq. Ümumilikdə Atletlər Kəndində 6 000-ə yaxın adam olacaq. İslam Oyunlarından sonra Atletlər Kəndi geri qaytarılacaq. Çünki qarşıda böyük tədbir yoxdur. Bu səbəbdən sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq. Oyunların keçirilməsi üçün təxmini 100 milyon dollar nəzərdə tutulub. Onlardan 60 milyon dolları bu il, qalan hissəsi gələn il xərclənəcək. Böyük hissə açılış və bağlanış mərasimlərinə xərclənəcək".
A.Rəhimov Azərbaycanda yaradılacaq Milli Anti Dopinq Agentliyindən söz açıb: "Müxtəlif ölkələr bu cür yanaşmaların əlehinədir. Çünki elm daim inkişafdadır. 10 ildən sonra dopinqlə mübarizəyə hansı cihazlar yaradılacaq, bu məlum deyil. Bu gün dərman qəbul edib, 10 ildən sonra tapılsa, həmin idmançı öz medalını itirir. Biz razı deyil. Amma Dünya Anti-Dopinq Agentliyinin öz xətti var. Bizdə hazır olmalıyıq. Qanun qəbul olundu. Milli Anti Dopinq Agentliyi qeydiyyatdan keçirildi və yanvarın ilk günlərindən fəaliyyətə başlayacaq. Agentliyin nəzdində 3 - terapevtik, apelyasiya və .. fəaliyyət göstərəcək. Üzümüzə gələn il 400-ə qədər dopinq analizi götürməyi düşünürük. Eyni sayda da İslam Oyunlarında olacaq. Bu da 800 edir və yüksək göstəricidir. Agentliyin rəhbəri Şəfəq Hacıyeva olacaq. Biz onu təklif etdik və qəbul etdi".
Nazir yerli federasiyalarda oxşar adların olmasından söz açıb və Ağırlıqqaldırma Federasiyasında prezident dəyişikliyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib: "Federasiya ictimai birliklərdir. Biz eyniadlı federasiyanın olmasına icazə vermirik. Belə olarsa, Ədliyyə Nazirliyində məsələ qaldırırıq. Bu gün Ağırlıqqaldırma Federasiyasının prezidenti Cahangir Hacıyevdir. Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibinin müavinidir. Təbii ki, o federasiya ilə də əlaqələrini pozmayıb".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 7 d. əvvəl
- 21 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Böyük planlarınız üçün böyük kredit Expressbankda
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
Ən çox oxunanlar
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu






.jpg)
.jpg)





.jpg)







