FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
Beynəlxalq İT şirkəti regionda mövcudluğunu yerli texnoloji tərəfdaş vasitəsilə genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group şirkətləri Azərbaycanda rəqəmsal texnologiyaların inkişafı və ölkədə fəaliyyət göstərən təşkilatlara dəstəyin göstərilməsi məqsədilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb.
Tərəfdaşlıq çərçivəsində Sigma Software Group regionda fəaliyyətini data mərkəzləri infrastrukturu, kibertəhlükəsizlik və korporativ İT həlləri üzrə ixtisaslaşmış yerli tərəfdaş olan FOMİNOV CONSULTİNG vasitəsilə inkişaf etdirəcək.
Sigma Software Group — 24 ildən artıq təcrübəyə malik beynəlxalq İT konsaltinq və mühəndislik şirkətidir. Şirkət dünya üzrə 300-dən çox müştəri ilə — startaplardan Fortune 500 səviyyəli korporasiyalara qədər — əməkdaşlıq edir, 20-dən artıq ölkədə 2000-dən çox mütəxəssisi bir araya gətirir və tərkibində R&D mərkəzləri, investisiya istiqaməti və təhsil təşəbbüslərini əhatə edən öz ekosistemini inkişaf etdirir. Şirkət həmçinin yüksək müştəri məmnuniyyəti göstəricisi (99%) nümayiş etdirir və IAOP Global Outsourcing 100 reytinqinə daxildir.
Şirkətin portfeli Maliyyə xidmətləri (Financial Services), Aviasiya (Aviation), Təchizat zənciri (Logistics), Rəqəmsal Hökumət (GovTech), Pərakəndə satış (Retail) və Müdafiə (Defense) sahələrini əhatə edən layihələrdən ibarətdir. Bu layihələrə genişmiqyaslı rəqəmsal platformaların hazırlanması, süni intellekt həllərinin tətbiqi, Ağıllı şəhər təşəbbüslərində iştirak və kibertəhlükəsizlik həllərinin yaradılması daxildir. Əhəmiyyətli təşəbbüslər sırasında BAE Systems ilə kibertəhlükəsizlik və rəqəmsal həllər sahəsində əməkdaşlıq, Defence Builder müdafiə innovasiya ekosistemi layihəsinin inkişafı, eləcə də rəqəmsal transformasiya və infrastrukturun bərpası proqramlarında iştirak yer alır. Xidmət yönümlü ekspertiza ilə yanaşı, regiondakı müştərilər Sigma Software Labs — şirkətin vençur bölməsi — çərçivəsində 30-dan çox innovativ texnoloji məhsulun inkişaf etdirildiyi məhsul portfelinə çıxış əldə edəcəklər
Əməkdaşlıq çərçivəsində əsas diqqət İT infrastrukturun modernləşdirilməsinə, təhlükəsiz və miqyaslana bilən rəqəmsal platformaların tətbiqinə, eləcə də dövlət, maliyyə, telekommunikasiya və korporativ sektorlar üzrə innovasiyaların inkişafına yönəldiləcək.
“Sigma Software Group ilə tərəfdaşlıq müştərilərimiz üçün qabaqcıl beynəlxalq mühəndislik təcrübəsinə çıxış yaradır və Azərbaycanda daha genişmiqyaslı rəqəmsal transformasiya layihələrinin həyata keçirilməsinə imkan verəcək,” — deyə FOMİNOV CONSULTİNG tərəfindən bildirilib.
Sigma Software Group -un qlobal təcrübəsi ilə FOMİNOV CONSULTİNG-in yerli bazar üzrə dərin biliklərinin birləşməsi ölkədə fəaliyyət göstərən şirkətlərə süni intellekt əsaslı həllər, qabaqcıl kibertəhlükəsizlik sistemləri və kompleks rəqəmsal transformasiya təşəbbüsləri də daxil olmaqla müasir texnologiyaların tətbiqini sürətləndirməyə imkan verəcək.
Əlaqə telefonları: +994 10 2567470; +994 12 565 5786/88
Sayt: fcc.az
İnstagram: fominovconsulting
Facebook: FominovConsulting
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
14 d. əvvəl
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
- 36 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
Böyük planlarınız üçün böyük kredit Expressbankda
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu





















