“Veysəloğlu” alman markası “Rossmann”ı ölkəmizə gətirdi! - İLK MAĞAZASI AÇILDI
Marka, keyfiyyət və sərfəli qiymət bir arada olacaq.Veysəloğlu Şirkətlər Qrupu Almaniyanın “Rossmann” markası ilə birgə layihə çərçivəsində Bakıda ilk mağazanın açılışını edib.
2022-ci ildə “Veysəloğlu-Rossmann” MMC şirkətini yaradan Veysəloğlu Şirkətlər Qrupu “Rossmann” şirkətinin sağlamlıq və şəxsi qulluq məhsullarının xüsusi mağazalar vasitəsilə satışını nəzərdə tutur. Mağazalar “Rossmann” brendi altında fəaliyyət göstərəcək. Beləliklə, “Veysəloğlu” alman keyfiyyətini müştəriləri üçün əlçatan edəcək.
“Rossmann”ın ilk mağazası Bakının Yasamal rayonu A.M.Şərifzadə küçəsi, 162 (“İnşaatçılar” metrostansiyasının çıxışı) ünvanında yerləşir.
Açılışda Veysəloğlu Şirkətlər Qrupunun İdarə Heyətinin nümayəndəsi Vüsal Şərifov, “Rossmann” şirkətinin, Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyinin və Alman-Azərbaycan Ticarət Palatasının (AHK) rəsmiləri iştirak ediblər.
“Rossmann” şirkətinin təmsilçisi Marek Karasch deyib: “Biz tanınmış qrup olaraq Azərbaycanda ilk mağazamızın açılmasından çox məmnunuq. Ümid edirik ki, Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlığımız uzunmüddətli və faydalı olacaq”.
Öz növbəsində Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü Vüsal Şərifov bunları bildirib: “Şirkətlər Qrupumuzun missiyası ölkə iqtisadiyyatı və istehlakçılarımız üçün dəyər yaratmaqdır. Düşünürük ki, tanınmış və keyfiyyətli markanın Azərbaycana gətirilməsi və bu markaya məxsus olan alman keyfiyyətli məhsulların alıcılarımıza sərfəli qiymətə təklif olunması elə məhz bu fəlsəfəyə xidmət edir”.
Hazırda Bakıdakı mağazada 8000-nə yaxın məhsul çeşidi var, yaxın gələcəkdə həm mağaza sayı, həm də məhsul çeşidi artacaqdır. Növbəti mağaza Bakı Dövlət Universitetinin yaxınlığında əhalinin istifadəsinə veriləcək.
Hansı məhsullar satılacaq?
İlk vaxtlarda “Rossmann” mağazalarında iki növ məhsul təqdim ediləcək:
1) Məhdud sayda Nivea və Ariel kimi bazarda mövcud olan qlobal markaların məhsulları;
2) Məhz “Rossmann” mağazaları üçün tərəfdaş alman markalarının istehsal etdiyi məhsullar – münasib qiymətə geniş çeşiddə gözəllik və qulluq məhsulları, uşaqlar üçün qulluq məhsulları, ev-təmizlik məhsulları, orqanik qida məhsulları, gigiyena məhsulları, dəftərxana ləvazimatları, oyuncaqlar, bəzək əşyaları, hədiyyələr və s.
“Rossmann”ın tarixçəsi
“Rossmann” şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulub. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya, Kosovo və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Qlobal brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir.
“Rossmann” öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Brendin məhsulları yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19,500 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
18 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























