Nazir: “Azercell” “PAŞA Bank”la ortaq məhsulunu təqdim edəcək
"Ötən ildən verilən qərara əsasən qarşımızda qoyduğumuz ən böyük vəzifə ondan ibarətdir ki, “Azercell” artıq mobil operator deyil, fintex kimi daha irəli getməlidir".
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verilib.
R.Nəbiyevin sözlərinə görə, rəqəmsallaşma və innovasiyalarla bağlı bir sıra qanunların olmaması innovativ layihələrin icra edilməsinə mane olmur:
“Artıq “Azercell” şirkətin “Paşa Bank”la ortaq məhsulu var. İlkin istifadəsi də daxildə başlanılıb. Anonsunu da verim ki, yaxın zamanlarda cəmiyyət üçün açıqlanacaq. Bu layihə məhz Taleh Kazımov ilə [“Paşa Bank”ın İdarə Heyətinin keçmiş sədri - Mərkəzi Bankın İdarə Heyətinin sədri] işlənilib.
“Azercell” ilə “Paşa Bank”ın birgə layihəsi onun nəzarəti altında icra edildiyi üçün məsələdən kifayət qədər agahdır və problemləri artıq kimdənsə eşitmədən bilir söhbət nədən gedir. Çünki özü aktiv rejimdə çalışıb. Onunla bağlı kifayət qədər ümidlərimiz var ki, proseslər mütərəqqi gedəcək.
Amma problem ondadır ki, yenə də qanunvericilik innovativ layihələrin icrasına mane olmur. Burada sadəcə məhsulun özü çıxmalıdır. Biz nə qədər gözləsək ki, İT-də, innovasiyada qanunvericilik məhsuldan qabaqda gedəcək, yəqin, bu yanaşmanın özü səhvdir. Hər zaman qanun onun arxasınca gedəcək və ona uyğunlaşmağa çalışacaq”.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
15 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























