Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Lizinq şirkəti "Hermes Finance" ASC səhmdarların ümumi yığıncağının çağırılması barədə məlumat yayyıb.
Marja.az xəbər verir ki, məlumatda deyilir:
1. “Hermes Finance” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı çağırılsın.
2. “Hermes Finance” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı 09 iyun 2026-cı il tarixdə saat 10:00 dəqiqədə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ev 36 ünvanında yerləşən inzibati binasının ofisində təyin edilsin.
3. “Hermes Finance” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının 09 iyun 2026-cı il tarixdə saat 10:00 dəqiqədə təyin edilmiş növbədənkənar Ümumi Yığıncağının gündəliyinə daxildir:
3.1. “Hermes Finance” Açıq Səhmdar Cəmiyyətinin tək iştirakçı olmaqla “Hermes Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərarın qəbul edilməsi və buna dair dövlət qeydiyyatı ilə bağlı müraciət olunması məsələsinə baxılması;
3.2. Yeni yaradılacaq “Hermes Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin layihəsi və həmin layihənin qəbul edilməsi məsələsinə baxılması;
3.3. Yeni yaradılacaq “Hermes Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnamə kapitalının müəyyən edilməsi və buna dair köçürmənin həyata keçirilməsi;
3.4. Yeni yaradılacaq “Hermes Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanı, təşkilati strukturu və inzibatçılarının (idarəetmə orqanlarının, Audit Komitəsinin üzvləri, baş mühasib, daxili auditoru) müəyyən edilməsi;
3.5. Yeni yaradılacaq “Hermes Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kommersiya strategiyası, maliyyələşdirmə mənbələri, kredit siyasətinin əsas göstəriciləri, daxili nəzarət sistemi və ilk üç üçün maliyyə proqnozlarını əks etdirilən biznes-plan tərtib edilməsi məsələsinə baxılması.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Qeyd edək ki, "Hermes Finance" ASC-nin səhmdarları Mehrəliyeva-Rzayeva Nuranə Ramiz qızı (45%), Quliyev Kamran Vaqif oğlu (45%) və Mirzəyev Həmid Mövsüm oğludur (10%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








