Azərbaycanın qeyri neft-qaz sektorunda istehsal 24 faizdən çox artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar ayında 6,5 milyard manatlıq və ya 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 5,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 24,1 faiz artmışdır.
Sənaye məhsulunun 72,2 faizi mədənçıxarma sektorunda, 23,0 faizi emal sektorunda, 4,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,1 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 18,3 faiz artmışdır.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,0 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 93,3 faiz, mebel istehsalı 85,7 faiz, tikinti materiallarının istehsalı 85,1 faiz, maşın və avadanlıqların istehsalı 69,8 faiz, əczaçılıq məhsullarının istehsalı 63,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 61,6 faiz, hazır metal məmulatlarının istehsalı 59,0 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 50,9 faiz, poliqrafiya məhsullarının istehsalı 45,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 40,8 faiz, neft məhsullarının istehsalı 28,3 faiz, kağız və karton istehsalı 27,6 faiz, qida məhsullarının istehsalı 19,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 18,6 faiz artmış, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 4,7 faiz, geyim istehsalı 6,4 faiz, içkilərin istehsalı 12,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 13,9 faiz, tütün məmulatlarının istehsalı 30,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,2 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,1 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
-
- 7 d. əvvəl
-
17 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 25 d. əvvəl
-
47 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 49 d. əvvəl
-
54 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
























