“Muğandüyü” çətinliklərlə üzləşdiklərini bildirir
“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflərin həyata keçirilməsi üçün yeni məhsuldar çəltik sortlarının yaradılması, onların toxumçuluğunun təşkili, gübrə, pestisid, becərmə texnikaları ilə təminat, əkin sahələrinin genişləndirilməsi sahəsində Lənkəran rayonunda mühüm işlər görülüb.
Dövlət Proqramının icrası istiqamətində görülən işlər və dövlət səviyyəsində sahibkarlara yaradılan şərait çəltikçiliyə marağı xeyli artırıb.
Lənkəranda çəltikçiliklə məşğul olan ən iri təsərrüfatlar “Green East” MMC, “Muğandüyü” MMC, “Cənub Aqro” MMC, “RUZ” MMC, “Faran” MMC və BETA firmasıdır.
Rayonda çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Xanbulançay su anbarının bu ərazidə yerləşməsi çəltik sahələrinin suvarılmasında mühüm rol oynayır.
Bu il yay mövsümündə havaların normadan artıq isti və quraq keçməsi məhsul istehsalçıları üçün bir sıra problemlər yaratsa da, çəltik sahələrinə düzgün aqrotexniki qulluğun göstərilməsi və suvarmanın növbəlilik əsasında təşkili nəticəsində məhsuldarlığa bir o qədər təsir etməyib.
2018-ci ildən ölkəmizin cənub bölgəsində fəaliyyətə başlayan “Muğandüyü” MMC-nin 385 hektar çəltik sahəsi var. Bunun ən çoxu - 330 hektarı Lənkəranda, 35 hektarı Astarada, 20 hektarı isə Biləsuvar rayonunda yerləşir.
MMC-nin baş aqronomu Rövşən Əliyevin verdiyi məlumata görə, indiyədək 300 hektar çəltik sahəsində məhsul yığımı başa çatıb. Sahələrdən 1000 ton çəltik biçilib. Hər hektardan götürülən məhsuldarlıq 36,1 sentner təşkil edib.
Havaların yağmurlu keçməsi səbəbindən müəssisənin Lənkəranda olan 65 hektar sahəsində biçin aparılmayıb.
Bu il müəssisənin çəltik sahələrindən ümumilikdə 1300 ton məhsulun istehsal edilməsi nəzərdə tutulub.
Çəltik əkini ilə bağlı “Muğandüyü” MMC-nin nəzdində toxumçuluq təsərrüfatının yaradıldığını deyən baş aqronom, yerli fermerlərin də çəltik toxumu ilə təmin edildiyini diqqətə çatdırıb. Müəssisənin sahələrində əsasən “Haşımi”, “Sədri”, “Avanqard”, “Apolla” və “Luna” çəltik növləri əkilib.
İstehsal olunan məhsullar “Astaradüyü” brendi adı ilə Bakı, Lənkəran və Astara rayonlarındakı satış mərkəzlərində bazara çıxarılır. Düyünün bir kiloqramının qiyməti növünə görə 1,80 - 4,20 manat arasındadır.
Pandemiya səbəbindən satışda çətinliklərlə üzləşdiklərini vurğulayan Rövşən Əliyev bildirib ki, bununla bağlı daha çox dəstəyə ehtiyac duyulur. O, həmçinin çəltik istehsalçılarının elit toxumlarla təmin edilməsinin, çəltikçiliklə bağlı ixtisaslaşdırılmış texnikaların əhatə dairəsinin genişləndirilməsinin vacibliyini də diqqətə çatdırıb.
Çəltikçilik çox gəlirli sahədir. Hər hektardan 50-60 sentner məhsul götürməklə düyü maya dəyərindən 10-15 dəfə baha satılır. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat böyükdür.
Qeyd edək ki, Bu il Lənkəran rayonunda 830,18 hektar sahədə çəltik əkilib. İndiyədək 535 hektar sahənin məhsulu yığılıb. Çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 35 sentnerdir.
Rayonda çəltik yığımı kampaniyası davam edir.
Telegramda Marja.az səhifəsinə abunə olun
Azərtac
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
-
11 saat əvvəl
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
-
11 saat əvvəl
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
-
11 saat əvvəl
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Çin Boeing-dən 200 təyyarə sifariş edəcək
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
Ən çox oxunanlar
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Yeni Dövlət Agentliyi yaradıldı- FƏRMAN






.jpg)
















.jpg)

