Təbii qaz böhranı istixanaları vurdu
Avropada artan təbii qaz qiymətləri, bölgədəki ən böyük bitkiçilik məhsulları ixracatçısı olan Hollandiyada istixanalardakı istehsala mənfi təsir etməyə başlayıb.Avropada artan təbii qaz və elektrik enerjisi qiymətləri, məbləğ baxımından dünyanın ən böyük ikinci bitkiçilik məhsulları ixracatçısı Hollandiyada istixanaların kiçilməsinə ya da bağlanmasına səbəb olur.
Marja xəbər verir ki, Hollandiyadakı istixanalar 10 min hektar ərazini əhatə edir, bu da az qala Paris şəhərinin sahəsi deməkdir. Hollandiya istixanalarında istehsal edilən və ixrac edilən məhsulların dəyəri 2020-ci ildə 9,2 milyard avro ətrafında idi.
Lakin istixanaları qızdırmaq üçün ölkədəki cəmi illik istehlakın 8,2%-inə bərabər olan 3 milyard kub metr təbii qaz lazımdır. Avropada artan təbii qaz qiymətləri isə sektor üzərində dağıdıcı bir təsir yaradıb. Bəzi istehsalçılar artan enerji qiymətlərinə görə işıqlandırmanı azaldır, böyümə mövsümünü erkən bitirir ya da gələn ilin bahar aylarında əkinə başlamağı planlaşdırır.
Birləşmiş Millətlər Təşkilatının Qida İndeksi son 10 ilin ən yüksək səviyyələrindədir. Tərəvəz və meyvə istehsalında yaşanacaq çətinliklər qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər. Enerji xərci, istixana istehsalındakı cəmi xərcin 30%-ni təşkil edir.
"İstehsalımız indidən 10% düşüb"
İllik 40 milyon kiloqram pomidor istehsal edən istixana istehsalçısı "Lans", elektrik enerjisində indidən fasilə başladığını bildirib. Qışda gün işığının azalması ilə istixanadakı süni işıqların yanması lazım olduğunu söyləyən Erwin van der Lans, elektrik enerjisinin bu il 50-80% civarında verildiyini söyləyib.
"Gec-tez daha az istehsal etmək məcburiyyətində qalacağıq" deyən Lans, bu fasilələrin indidən başladığını və istehsallarının 10% ətrafında azaldığını, irəlidə bunun 20%-ə çata biləcəyini deyib.
Qeyd edək ki, Avropada təbii qazın qiyməti 100 avronu (1000 kubmetr üçün 1200 dollar) keçərək rekord qırıb.
Həmçinin oxu
Avropada qazın qiymətində yeni tarixi rekordBASF amonyak istehsalını azaldır
Avropada təbii qaz qiymətlərində böyük artım ilə əlaqədar olaraq bölgədə amonyak istehsalının çətinləşdiyi bildirilir. Amonyak gübrə istehsalında əhəmiyyətli bir rol oynayır və istehsalının azalması gübrə qiymətlərində artıma səbəb ola bilər. Artıq BASF şirkəti Anthwerp və Ludwigshafen bölgələrindəki istehsalını azaltmaq barədə qərar qəbul edib. Çünki yüksək təbii qaz qiymətləri ilə istehsal sərfəli deyil. Təbii qaz amonyak istehsalının əsas xammallardan biridir.
Avropada təbii qaz qiymətləri alışda yaşanan çətinliklər və tələbin artması ilə əlaqədar son aylarda rekord səviyyələrə yüksəlir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 52 d. əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
-
5 saat əvvəl
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
-
5 saat əvvəl
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
-
5 saat əvvəl
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
-
6 saat əvvəl
Auditorlar Palatasında struktur dəyişikliyi olub, bir neçə şöbə ləğv edilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp: Si Cinpin İrana hərbi texnika verməyəcəyini vəd edib
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Yeni Dövlət Agentliyi yaradıldı- FƏRMAN







.jpg)






.jpg)







