“Rabitəbank” qiymətli kağızlara investisiyalarını kəskin artırıb

Son 1 ildə “Rabitəbank” ASC qiymətli kağızlara investisiyalarını 2 dəfədən çox artırıb.
Marja xəbər verir ki, 2020-ci ilin sonunda Bankın qiymətli kağızlara investisiyaları 89 milyon 17 min manat ikən, 30 İyun 2021-ci il tarixində 115 milyon 528 min manat təşkil edib. Beləliklə, 2021-ci ilin 1-ci yarısında “Rabitəbank”ın qiymətli kağızlara investisiyaları 26 milyon 511 min manat artıb.
2020-ci ilin 30 İyun tarixində isə “Rabitəbank”ın qiymətli kağızlara investisiyalarının məbləği 54 milyon 832 min manat idi. Həmin tarix ilə müqayisədə Bankın qiymətli kağızlara investisiyaları 60 milyon 696 min manat və ya 2,1 dəfə artıb.
QİYMƏTLİ KAĞZIALRA İNVESTİSİYALARDAN FAİZ GƏLİRLƏRİ 3 DƏFƏDƏN ÇOX ARTIB
Qiymətli kağızlara investisiyaların artması “Rabitəbank”ın faiz gəlirlərinin də artmasına səbəb olub. Belə ki, 2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında “Rabitəbank”ın qiymətli kağızlara investisiyalardan faiz gəlirləri 3,2 dəfə artaraq 2 milyon 748 min manat təşkil edib. Bank ötən ilin 1-ci yarısında qiymətli kağızlara investisiyalardan 864 min manat faiz gəliri əldə etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2020-ci ilin İyun ayının sonunda “Rabitəbank”ın müştərilərə verdiyi cəmi kreditlər 382 milyon 525 min manat ikən, 2020-ci ilin sonunda 423 milyon 332 min manat, 30 İyun 2021-ci il tarixində isə 440 milyon 613 min manat təşkil edib. Beləliklə, son 1 ildə Bankın cəmi kredit portfeli 58 milyon 88 min manat və ya 15,2%, 2021-ci ilin ilk yarısında isə 17 milyon 281 min manat və ya 4% artıb.
Son 1 ildə “Rabitəbank”ın xalis kredit portfeli (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric kredit portfeli) 52 milyon 723 min manat, 2021-ci ilin 1-ci yarısında isə 11 milyon 922 min manat artıb.
2020-ci ilin sonu ilə müqayisədə, 2021-ci ilin yanvar-iyun dövründə “Rabitəbank”ın istehlak kreditləri portfeli 16 milyon 794 min manat aratraq 126 milyon 695 min manata, daşınmaz əmlak kreditləri portfeli 7 milyon 890 min manat artaraq 74 milyon 814 min manata çatıb, biznes kreditləri portfeli 3 milyon 812 min manat azalaraq 239 milyon 204 min manata geriləyib, digər kreditlər isə 3 milyon 590 min manat azalraq sıfıra düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 d. əvvəl
- 8 d. əvvəl
-
-
10 d. əvvəl
“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub
-
13 d. əvvəl
“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub
-
14 d. əvvəl
"Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüş olub
- 21 d. əvvəl
-
21 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
15 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 16 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"

Rəsmi məzənnələr açıqlandı

Antiinhisar Agentliyi: Aeroportda taksi xidmətinin təşkili ilə bağlı aidiyyəti qurumlarla görüşlər keçirilib
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
