İsmayıllının cənnət olan 11 kəndinin yolu yenidən qurulur
İsmayıllı rayonunda 4 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci kilometrindən başlanğıcını götürən Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirlib ki, ümumi uzunluğu 25 kilometr olan yeni yol 4 istiqamət üzrə inşa edilir. Bu, Qıçatan kəndi, Tağlabiyan-Kəlfərəc, Zeyvə–Kürdüvan–Xankəndi–Mücü və Sərsurə–Kələzeyvə–Sulut kəndləri istiqamətləridir.
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla yenidənqurma işləri aparılır. İşlər zamanı torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Yolboyu əks-dolğu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub, zəruri yerlərdə torpaq yatağı layihə hündürlüyünə qaldırılıb. Torpaq işlərinin ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Artıq Qıçatan, Tağlıbiyan və Kəlfərəc kəndləri ərazisində asfaltlanma işləri yekunlaşıb. Hazırda layihənin Mücü və Xankəndi kəndləri hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşmaq üzrədir. Kərəzi, Sərsurə, Sulut yollarında isə lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilir.
Görülən işlər çərçivəsində yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunaraq, zəruri yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Ümumilikdə, yolboyu müxtəlif diametrlərə malik dəmir-beton dairəvi suötürücü boruların quraşdırılması və izolyasiyası, həmçinin Mücü, Xankəndi, Zeyvə və Sulut kəndləri ərazisində yerləşən körpülərin təmir işləri layihə üzrə həyata keçirilir. Artıq Mücü kəndi ərazisində yerləşən 30 metr uzunluğunda 1 aşırımlı körpünün təmiri yekunlaşıb.
Sözügedən avtomobil yolunun inşası ilə Böyük Qafqazın cənub ətəklərində, səfalı İsmayıllı ərazisində yerləşən, Azərbaycanın hələ XII əsr xəritələrində adı çəkilən, ilk insan məskənlərindən biri sayılan Sulut, qədim kəndlərimizdən sayılan Qıçatan, səfalı bulaqları ilə tanınan Sərsurə, tarixi abidələri, türbələri, ibadətgahları ilə bilinən Kələzeyvə və digər kəndlərdə təsərrüfat və turizmin inkişafına gətirib çıxarmaqla yanaşı, ərazidə yaşayan əhalinin sosial rifah halına da müsbət təsir etmiş olacaq. Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün avtobus dayanacaqları inşa ediləcək, yol nişanları, məlumatverici lövhələr quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 19 d. əvvəl
-
25 d. əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
-
39 d. əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 39 d. əvvəl
- 49 d. əvvəl
-
55 d. əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
1 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
2 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Kredit sığortasında 50 faizdən çox artım var
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
İyunun 25-də gözlənilən hava şəraiti



























