Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"

AzVak-mobil_resmin_ustu_31
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Məmnunluqla qeyd etmək istəyirəm ki, son illərdə Azərbaycanın sığorta bazarı mühüm inkişaf yolu keçib. Bu gün qürurla deyə bilərik ki, son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb. Bu inkişaf dövlət tərəfindən müəyyən edilmiş strateji hədəflərə, Azərbaycan Respublikası Mərkəzi Bankının həyata keçirdiyi islahatlara və bazar iştirakçılarının birgə səylərinə əsaslanır".

Marja xəbər verir ki, bunu 11-ci Azərbaycan Beynəlxalq Sığorta Forumunda Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova bildirirb.

O qeyd edib ki, bütün bu nailiyyətlər sevindirici olsa da, qarşıda bizi daha böyük imkanlar gözləyir. Azərbaycanda sığorta penetrasiyasının (nüfuz etməsinin - red) artırılması üçün geniş potensial mövcuddur və məqsədimiz bu potensialı tam reallaşdırmaqdır.

"Lakin bizim üçün əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutması, cəmiyyətin və iqtisadiyyatın davamlı inkişafına daha böyük töhfə verməsidir.

Bu gün dəyişən dünyada risklər artır, gözləntilər yenilənir və sığortanın rolu əvvəlkindən daha da önəmli olur. Sığorta artıq yalnız zərərin ödənilməsi mexanizmi deyil. O, insanların gələcəyə daha inamla baxmasına, ailələrin maliyyə dayanıqlılığının qorunmasına, bizneslərin isə gözlənilməz risklər qarşısında daha davamlı olmasına xidmət edir".

Ülviyyə Cabbarova qeyd edib ki, qlobal sığorta bazarında da əsas müzakirə mövzuları dəyişən risklər və bu risklərə uyğun yeni həllər ətrafında formalaşır. Son illərdə təbii fəlakətlərin intensivliyinin artması, kiberrisklərin genişlənməsi və əhalinin yaşlanması sığorta sektorunun qarşısında yeni vəzifələr yaradır. Bu çağırışlar bizdən daha çevik olmağı, innovativ məhsullar yaratmağı və müştərilərin dəyişən ehtiyaclarına daha sürətli uyğunlaşmağı tələb edir.

İş elanları AzVak.az-da

"Bu məqsədlə “2027–2030-cu illər üzrə Maliyyə İnklüzivliyinin Genişləndirilməsi Dövlət Proqramı” çərçivəsində sığorta sektorunun inkişafı üçün sığorta xidmətlərinin əlçatanlığının artırılması, rəqəmsal həllərin genişləndirilməsi, könüllü sığortaların inkişafı və maliyyə xidmətlərindən daha geniş istifadə imkanlarının yaradılması qarşıdakı dövr üçün əsas prioritetlər kimi müəyyən olunub.

Hesab edirəm ki, bu sənəd sadəcə dövlət proqramı deyil, həm də sığorta bazarının gələcək inkişafı üçün mühüm bir yol xəritəsidir.

Xüsusilə vurğulamaq istəyirəm ki, bu hədəflərə çatmaq yalnız dövlət qurumlarının deyil, bütün bazar iştirakçılarının birgə məsuliyyətidir. Əminəm ki, əməkdaşlıq və birgə fəaliyyətin köməkliyi ilə biz sığorta sektorunun inkişafını daha da sürətləndirəcəyik.

Azərbaycan Beynəlxalq Sığorta Forumu da məhz bu məqsədə xidmət edir. Bugünkü sürətlə dəyişən dünyada heç bir bazar təkbaşına inkişaf etmir. Beynəlxalq təcrübənin öyrənilməsi, yeni yanaşmalarla tanışlıq və peşəkar fikir mübadiləsi sektorun gələcək inkişafı üçün vacib amillərdəndir. İnanıram ki, növbəti iki gün ərzində aparılacaq müzakirələr, ekspertlərin bölüşəcəyi bilik və təcrübə hər birimiz üçün yeni imkanlar yaradacaq və sığorta sektorunun inkişafına öz töhfəsini verəcək".

24.06.2026 13:09
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19