Azərbaycanın hava yolu şirkəti qlobal əczaçılıq logistikası bazarına daxil olur
Bakı mərkəzli Silk Way West Airlines hava yolu şirkəti əczaçılıq məhsullarının standartlara uyğun şəkildə daşınmasını nəzərdə tutan GDP (Good Distribution Practice) sertifikatına layiq görülüb.
Şirkətin yaydığı məlumata görə, zaman və hərarət baxımından həssas yüklərin etibarlı şəkildə daşınması imkanlarının genişləndirilməsi məqsədilə, hava yolu şirkəti əczaçılıq sənayesində böyük təcrübəyə malik etibarlı xarici tərəfdaş olan “Global Cold Chain Consultants” tərəfindən aparılmış əhatəli GDP auditini uğurla tamamlayıb.
"Bu addım aviaşirkətin əczaçılıq sektoruna olan təkliflərinin daha da gücləndirilməsi və genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. GDP sertifikatı almış Silk Way West Airlines artıq tibbi təyinatlı yüklərin nəqli və əczaçılıq logistikası xidmətlərini genişləndirmək niyyətindədir", -məlumatda deyilir.
Silk Way West Airlines şirkətinin daxili prosedurları GDP prinsiplərinə uyğun şəkildə təkmilləşdirilib və şirkətin bütün işçi heyəti müvafiq qaydada təlimatlandırılıb. Bundan əlavə, aviaşirkət bu proseslərin bütövlüyünü təmin etmək məqsədilə, aviaparkın və Bakıda yerləşmiş əsas mərkəzindəki hərarətə nəzarət edilən geniş anbarlarının termal xəritəsini hazırlayıb. Beləliklə, şirkət əməkdaşları, avadanlıqlar və bütün resurslar tam hazırlığı təmin edəcək şəkildə uyğunlaşdırılıb.
“GDP sertifikatı ilə Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır”, - deyə şirkətin baş icraçı direktoru və prezidenti Volfqanq Mayer bu nailiyyətin əczaçılıq logistikası bazarına daxil olmaq nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb.
Silk Way West Airlines şirkətinin beynəlxalq yük logistikası üzrə vitse-prezidenti Aydın Hüseynov öz növbəsində qeyd edib ki, GDP sertifikatı hava yolu şirkətinin bütün növ əczaçılıq məhsullarının daşınması imkanlarını təkmilləşdirməsi və müvafiq saxlama xidmətlərinin tətbiqi baxımından mühüm addımdır: “Logistikada ən yüksək standartların təmin edilməsinə yönəlmiş bu səylərin şirkətin zaman və hərarət baxımından həssas məhsulların idarə edilməsində yeni bir səviyyəyə çatmasına imkan yaradacağına inanırıq”.
“Global Cold Chain Consultants” (GDP) Avropa İttifaqı tərəfindən qəbul edilmiş və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunmuş prinsiplərə əsaslanan bir standartdır. Bu tələblərə uyğun olaraq, tibbi ləvazimatlar və dərmanlar müvafiq lisenziyası olan bir təchizatçı zəncirindən alınmalı və uyğun şəraitdə saxlanaraq daşınmalı və idarə edilməlidir.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkətidir. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli Silk Way West Airlines 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə Avropa, Asiya və Amerika qitəsinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci il tarixində Boeing aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 420 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir.
Silk Way West Airlines şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
14 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 14 saat əvvəl
-
1 gün əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
1 gün əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
1 gün əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 25-də gözlənilən hava şəraiti
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb







.jpg)








.jpg)








