Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
(®) Ziraat Bank Azərbaycan rəqəmsal bankçılıq xidmətlərinin inkişafı istiqamətində növbəti addımını ataraq mobil tətbiqində QR kod vasitəsilə ödəniş funksiyasını müştərilərinin istifadəsinə təqdim edib.
Yeni xidmət AniPay sistemi çərçivəsində həyata keçirilir və fiziki şəxs müştərilərə POS terminallar vasitəsilə daha sürətli, rahat və təhlükəsiz şəkildə nağdsız ödəniş etməyə imkan yaradır.
QR kodla ödəniş prosesi sadə mexanizm üzərində qurulub. Alış-veriş zamanı müştəri ödənişi QR kod vasitəsilə həyata keçirmək istədiyini bildirir. Satış nöqtəsində POS terminalda ödəniş məbləği daxil edilərək “QR ödəniş” funksiyası seçilir və formalaşdırılmış QR kod təqdim olunur. Müştəri Ziraat Bank Azərbaycan mobil tətbiqində müvafiq bölməyə daxil olaraq QR kodu skan edir, ödəniş məlumatlarını yoxlayır və cari hesabını, debet və ya kredit kartını seçməklə əməliyyatı təsdiqləyir. Ödəniş kecdikdən sonra əməliyyat POS terminal vasitəsilə təsdiqlənir və müştəriyə qəbz təqdim olunur.
Bu yenilik nağdsız ödənişlərin genişləndirilməsinə, gündəlik maliyyə əməliyyatlarının daha çevik həyata keçirilməsinə və müştəri məmnuniyyətinin artırılmasına xidmət edir. Ziraat Bank Azərbaycan rəqəmsal bankçılıq həllərini davamlı olaraq təkmilləşdirərək müasir və təhlükəsiz maliyyə xidmətlərinin təqdimatını genişləndirməyi hədəfləyir.
Ziraat Bank Azərbaycan ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin,YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)





