"Vətəndaşa ƏDV-nin nağdsız ödənişdə 18%-i, nağd ödənişdə isə 7%-i geri qaytarılsın"
Artıq bir ilə yaxındır ki, ölkədə istehlakçılar neft və qaz məhsulları istisna olmaqla, aldıqları digər mallara görə ödənilmiş Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən hissəsini geri ala bilərlər.
Vergi Məcəlləsinə görə, fiziki şəxslər supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini geri almaq hüququna malikdirlər
İqtisadçı ekspert Fikrət Yusifov hesab edir ki, ƏDV-nin nağdsız ödəmələr üzrə 15, nağd ödənişlər üzrə 10% geri qaytarılması sistemində nağdsız ödənişlərin xeyrinə addım atmaq olar: “Daha yaxşı olardı ki, vətəndaşa nağdsız ödəniş zamanı ƏDV-nin 18%-i, nağd ödəniş amanı 7%-i geri qaytarılsın. Bu nağdsız hesablaşmaların daha geniş tətbiqini sürətləndirərdi”.
Sistemin təkmilləşirilməsi barədə digər təkliflərini də açıqlayan iqtisadçı deyir ki, ƏDV-nin qaytarılması üzrə edvgerial.az portalından Kapital Bank və Beynəlxalq Bankdan başqa digər banklara da ƏDV üzrə geri qaytarmalar üçün imkanların yaradılması yaxşı olar. Müştərinin ƏDV hesabında yığılmış vəsaitin onun digər banklarda olan hesablarına köçürülməsi üçün ödənişlərin aradan qaldırılması da məqsədə müvafiq olardı.
F.Yusifov bəzi məsələlərə nəzarətin gücləndirilməsini də vacib sayır: “Digər problem vətəndaşlara verilən çeklərin keyfiyyətinin aşağı olmasıdır ki, bəzən onlar belə çekləri sistemə daxil etməkdə çətinlik çəkirlər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























