Wall Street-in “qoca qurdları” çılğın gənclərə qarşı: GameStop müharibəsi hələ də səngiməyib
Bir gündə səhm qiymətləri 20 dəfə artaraq birjaları lərzəyə gətirən şirkətin vəziyyəti indi o qədər də ürəkaçan deyilABŞ-ın oyun kompüterləri, müxtəlif oyun və aksesuarların pərakəndə satışı ilə məşğul olan şirkəti GameStop-un səhmləri bir gündə 33% dəyər itirib.
Marjanın məlumatına görə, ilin əvvəlində səhmləri görünməmiş tarixi rekordla artan şirkət bir çox mağazasını bağlamaq və elektron ticarət platformalarına yönəlmək planlarını nəzərdən keçirir. Doğrudur, şirkət 2020-ci ilin dördüncü rübünün yekunlarına dair açıqladığı hesabatda 2,12 milyard dollar gəlir əldə etdiyini açıqlayıb, lakin xalis mənfəət həddən artıq az - 40-50 milyon dollar təşkil edib.
2019-cu ildə qismən və 2020-ci ildə pandemiyaya görə ciddi maliyyə itkiləri yaşayan şirkət bu ilin yanvarında səhmlərinin bir hissəsini satmaqla vəziyyətdən çıxmağı nəzərdə tuturdu. Birjalar üçün standart gündəlik fəaliyyətlərdən biri olan proses yeni gənc pərakəndə investorların müdaxiləsi ilə birdən-birə Wall Street-in köklü maliyyə nəhəngləri və sosial şəbəkə sərmayəçiləri arasında əsl müharibəyə çevrildi. Qısa müddətdə 20 dollara təklif edilən səhmlərə qiymət təklifi 483 dolları keçdi. Nəticədə hedc fondları və bir sıra investorlar 3 milyard dollardan çox xalis itkiyə məruz qaldılar.
Səbəbi qısaca izah edək: hedc fondları adətən müəyyən investorlardan müflisləşməyə doğru gedən şirkətlərin səhmlərini geri qaytarmaq şərti ilə alır və deyək ki, birjada 10 dollara sataraq, həmin səhmlərin qiymətinin düşməsini gözləyir. Daha sonra səhmləri 5 dollara geri alan hedc fondları onları orijinal sahiblərinə qaytarır, aradakı 5 dolları qazanc kimi əldə edir. GameStop-la bağlı bu mexanizm işləmədi, çünki Robinhood kimi onlayn brokerlər və bir çox digər gənc investorlar dünyanın ən oxunaqlı 20 saytı arasında olan Reddit platformasındakı paylaşımları vasitəsilə GameStop səhmləri ətrafında görünməmiş ajiotaj və maraq yaratdılar. Nəticədə qiymətinin düşməsi gözlənilən səhmlər birdən-birə 20 dəfəyə yaxın bahalaşdı. Hedc fondları itirdikləri səhmləri geri qazanmaq üçün təxminən 80 milyard dollar vəsait sərf etməli oldular. Birjaları lərzəyə salan satışlar ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) tələbi ilə bir neçə dəfə dayandırıldı. Günün sonunda GameStop-un səhmləri təkrar 90% ucuzlaşdı.
Məsələ ilə əlqədar Konqresin Nümayəndələr Palatasının Maliyyə Komitəsi fevral ayında maliyyə manipulyasiyaları araşdırması əsasında dinləmələr keçirmiş, Robinhood-un, Amerikan investisiya idarəetmə şirkəti Melvin Capital-ın, Reddit-in və ABŞ-ın ən iri hedc fondlarından biri olan Citadel-in rəhbərləri də qanunverici orqan qarşısında ifadə vermişdi.
Məlumat üçün bildirək ki, GameStop 2000-ci ildə yaradılıb və dünyanın 17 ölkəsində 5000-dən artıq pərakəndə ticarət mağazasına sahibdir. Şirkət hazırda təxminən 13 milyard dollar dəyərində qiymətləndirilir, ötən ilin sonlarında bu rəqəm 10 dəfə az - 1,3 milyard dollar həcmində idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
17 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 11 saat əvvəl
-
1 gün əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
1 gün əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
1 gün əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 25-də gözlənilən hava şəraiti
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)















.jpg)
