Qızıl 1,9 trilyon dollarlıq təşviq paketilə bahalaşır
Qızılın unsiyasının qiyməti 1,9 trilyon dollarlıq maliyyə təşviq paketinin ABŞ Konqresindən keçməsilə Mart ayının əvvəlindəki səviyyələrə geri dönüb.
Marja xəbər verir ki, qızılın qiyməti ardıcıl üçüncü gündə də yüksələrək çərşənbə axşamı günündən bu yana 50 dollara yaxın artıb.
Qızılın bahalaşmasında 1,9 trilyon dollarlıq maliyyə təşviq paketinin ABŞ Konqresindən keçməsi böyük rol oynayıb, eyni zamanda, 10 il illik ABŞ xəzinə istiqraz faizindəki azalma və zəifləyən dollar da qiymətləri dəstəkləyib. ABŞ Prezidenti Joe Biden-in təşviq paketini Cümə günü təsdiqləyəcəyi gözlənilir.
ABŞ-da inflyasiya məlumatının gözləniləndən aşağı olması da iqtisadi yığışma və inflyasiya təzyiqinin hələ aşağı səviyyələrdə olduğunu göstərib.
Bu həftəyə 1700 dollar ətrafında başlayan unsiya qızıl yüksələn istiqraz faizlərilə 1680 dollardan aşağı düşdükdən sonra maliyyə təşviq paketinə dair gözləntilər ilə yüksələrək həftəlik qazanc bölgəsinə keçməyi bacarmışdır.
Həftənin əvvəlindən bu yana 2% bahalaşmış qızıl, maliyyə təşviq paketinin ABŞ Konqresindən keçməsilə 1735 dollar səviyyəsinə yüksəlib (saat 10:00-a olan məlumat).
Həmçinin oxu
1,9 trilyon dollarlıq paket nəhayət ki təsdiq olunduMüştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 7 saat sonra
-
-
9 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
10 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
11 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb




























