1,9 trilyon dollarlıq paket nəhayət ki təsdiq olundu
Bu – koronavirus pandemiyası başlayandan bəri ABŞ-ın üçüncü nəhəng iqtisadi stimullaşdırma paketidir.ABŞ Konqresinin Nümayəndələr Palatası Koronavirusa qarşı mübarizə, iqtisadi yardım və stimullaşdırma paketini 221-in 211-ə səs çoxluğu ilə təsdiq edib. Demək olar ki, bütün Respublikaçıların əleyhinə səs verdiyi qanun layihəsi Demokrat partiyasının ciddi səyləri nəticəsində qəbul olunub. Prezident Baydenin sənədi bu həftənin cümə günü imzalayacağı gözlənilir.
Marja xəbər verir ki, 1,9 trilyon dollarlıq stimullaşdırma paketi Co Baydenin ABŞ prezidenti kimi səlahiyyətlərinə başlamasından etibarən ilk ciddi iqtisadi uğuru hesab olunur. Daha öncə xəbər verdiyimiz kimi, bu tədbirlərə əksər Amerikalılara 1400 dollar ödənməsini nəzərdə tutan 400 milyard dollarlıq birbaşa yardım paketi, ştatlara və yerli hökumətlərə 350 milyard dollarlıq iqtisadi yardım və COVID-19 infeksiyasına qarşı peyvənd proqramının genişləndirilməsi məqsədilə maliyyələşmənin artırılması daxildir.
“Bugün tarixi bir gündür. Bu, nəhəng COVID tənəzzülünün sona çatmasının başlanğıcıdır.” – Demokratların nümayəndəsi Jan Şakovski bildirib.
Respublikaçılar isə tədbirlər paketini həddən artıq xərcli və lazımsız vəsaitlərin sərf olunacağı, yanlış prioritetlərin seçildiyi sənəd adlandırırlar. Partiyanın nümayəndəsi Ceyson Smisin fikrincə: “Bu – bir çox yanlış səbəblərdən yanlış zamanda səhv plandır”.
Reuters/Ipsos-un 8-9 mart tarixlərində keçirdiyi ictimai rəy sorğusuna görə, Amerikanların 70%-i, o cümlədən Demokratların hamısı və əksər Respublikaçılar ümumilikdə planı dəstəkləyir. Dövlət və özəl sektor iqtisadçıları tədbirlər paketinin iqtisadi artıma təkan verəcəyini bildirirlər. Transmilli investisiya bankı Morgan Stanley bu həftə açıqladığı proqnozlarında 2021-ci il üzrə iqtisadi artım dərəcəsinin 8.1% olacağını bildirib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) isə üç ay öncə proqnozlaşdırdığı 3% əvəzinə ABŞ iqtisadiyyatının bu il 6% artacağını bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















