970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı

DGK sədri: Sahibkarların şikayətləri daha çox gömrük dəyərləndirilməsi ilə bağlı olur
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dövlət Gömrük Komitəsinə sahibkarlar tərəfindən daxil olan müraciət və şikayətlər əsasən gömrük dəyərləndirilməsi, malların təsnifatı və rəsmiləşdirmə prosesləri ilə bağlı olur.

Marja.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, biznes nümayəndələrinin qaldırdığı məsələlərin operativ araşdırılması və yerində həll edilməsi üçün gömrük orqanlarında xüsusi xidmət strukturları yaradılıb.

Şahin Bağırov bildirib ki, bu xidmət strukturları Azərbaycanın bütün gömrük orqanlarında, əsasən də gömrük idarələrində fəaliyyət göstərir. Məqsəd sahibkarların qarşılaşdığı problemləri birinci mənbədən dinləmək, onları yerində araşdırmaq və mümkün hallarda operativ həll etməkdir.

“Gömrük rəsmiləşdirilməsi və gömrük prosedurları gömrük orqanlarının yerləşdiyi yerlərdə, postlarda və idarələrdə baş verir. Ona görə də bu proseslərə dərhal müdaxilə etmək üçün xidmət şöbələri yaradılıb”, - deyə DGK sədri bildirib.

Komitə sədrinin sözlərinə görə, aparılan təhlillər göstərir ki, xidmət şöbələrinin fəaliyyəti, vətəndaşların və sahibkarlıq subyektlərinin qəbulu nəticəsində yaranan sualların əhəmiyyətli hissəsi yerində aradan qaldırılır.

DGK-dan biznesə mesaj: Sənədlər təqdim olunmasa, proses uzanır

Şahin Bağırov qeyd edib ki, şikayətlər mövcuddur və onların bir qismi əlavə araşdırma üçün vaxt tələb edir. Xüsusilə gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı müraciətlərdə müxtəlif sənədlərin təqdim olunması zərurəti yaranır.

“Bəzi hallarda bu, vaxt tələb edir. Çünki müxtəlif sənədlər təqdim olunmalıdır. Bəzən biznes bunu başa düşmür və ya sənədləri təqdim etmək istəmir. Biz isə ilk növbədə çalışırıq ki, bütün məsələləri izah edək”, - deyə o bildirib.

DGK sədri vurğulayıb ki, son dövrlərdə gömrük orqanlarına edilən müraciət və şikayətlərin sayı azalıb. Onun sözlərinə görə, bu, həm statistik göstəricilərdə, həm yoxlamalarda, həm də sorğularda öz əksini tapır.

Şahin Bağırov: Gömrük qərarlarının məhkəməyə qədər getməsini istəmirik

Şahin Bağırov bildirib ki, Komitə biznesin haqlı olduğu hallarda qərarlarını yenidən nəzərdən keçirməyə də açıqdır. O qeyd edib ki, bu yaxınlarda bir şirkətin müraciəti əsasında baxılma müddəti ilə bağlı vəziyyət qiymətləndirilib və biznesin mövqeyi haqlı hesab olunub.

“Biznesin haqlı olduğunu düşündüyümüz hallarda qərarın dəyişdirilməsi istiqamətində yanaşma göstəririk”, - deyə Komitə sədri bildirib.

Bununla yanaşı, Şahin Bağırov qeyd edib ki, bir çox hallarda gömrük orqanlarının qərarlarının doğru olduğu məhkəmə instansiyalarında da təsdiqini tapır. Lakin DGK məsələlərin məhkəmə mərhələsinə qədər uzanmasında maraqlı deyil.

“Biz bunu məhkəmə instansiyasına qaldırmaq istəmirik. Çünki bu, vaxt tələb edir. Məqsədimiz məsələləri daha erkən mərhələdə müzakirə etmək və həllinə nail olmaqdır”, - deyə o bildirib.

Komitə sədri sahibkarlarla dialoqun genişləndirilməsi üçün sorğu mexanizminin də tətbiq olunduğunu bildirib. Onun sözlərinə görə, artıq xüsusi platforma yaradılıb və ildə iki dəfə — birinci və ikinci yarımillikdə biznes subyektlərinə onların şəxsi hesab səhifələri üzərindən sorğular göndərilir.

Bu sorğular vasitəsilə sahibkarların qarşılaşdığı problemlər, gömrük prosedurları, idxal və ixrac əməliyyatları, rüsumların tətbiqi və digər məsələlər əvvəlcədən öyrənilir.

“Bu, çox yaxşı metoddur və nəticələrinin əhəmiyyətli olduğunu görürük. Şikayətlərlə yanaşı, gömrük orqanlarının fəaliyyətindən məmnunluğunu bildirən çoxsaylı müraciətlər də var”, - deyə Şahin Bağırov bildirib.

DGK sədri əlavə edib ki, Komitə mütəmadi olaraq Gömrük-Biznes Forumları təşkil edir. Növbəti — dördüncü Gömrük-Biznes Forumunun ilin sonunda keçirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, bu forumlar istehsal sahələrini, idxal-ixrac əməliyyatlarında iştirak edən şirkətləri, logistika subyektlərini, ticarət şuralarını, sahibkar birliklərini və digər biznes dairələrini əhatə edir.

“Əsas hədəfimiz qarşılıqlı məsələləri müzakirə etmək, açıq gömrük münasibəti sərgiləmək və bu münasibətlər əsasında biznesə dəstək göstərməkdir”, - deyə Şahin Bağırov bildirib.

Komitə sədri sahibkar şikayətlərinin daha çox hansı istiqamətlərə aid olduğuna da aydınlıq gətirib. Onun sözlərinə görə, şikayətlər müxtəlif sahələrdən daxil ola bilər, lakin növ baxımından daha çox gömrük dəyərləndirilməsi ilə bağlı məsələlər önə çıxır.

Şahin Bağırov bildirib ki, xüsusilə çoxsaylı mal mövqeləri olan idxal əməliyyatlarında gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı suallar yaranır. Bu zaman yalnız təqdim olunan ilkin qiymət deyil, malların daşınmasına sərf olunan xərclər, istehsal ölkəsində formalaşan qiymətlər, auksion qiymətləri və gömrük dəyərinin müəyyənləşdirilməsi üçün istifadə olunan digər elementlər də nəzərə alınır.

“Biznes bəzi hallarda bu barədə məlumatsız olduğu üçün şikayətlər verir. Bu, normal haldır. Gömrük orqanı da inkişaf edir, metodologiyalarını təkmilləşdirir. Buna paralel olaraq sahibkarlıq subyektlərinin də bu sahədə məlumatlılığının artırılmasına ehtiyac yaranır”, - deyə DGK sədri bildirib.

Onun sözlərinə görə, şikayətlərdən biri də malların təsnifatı ilə bağlı olur. Malların düzgün təsnif edilməsi xüsusi bilik tələb edir, çünki əmtəə kodu məhsulun tərkibi, istifadə olunan materiallar, texniki və kimyəvi xüsusiyyətlər əsasında müəyyənləşdirilir.

Şahin Bağırov qeyd edib ki, oxşar görünən mallar gömrük təsnifatı baxımından fərqli kodlarla rəsmiləşdirilə bilər. Bu fərqlər beynəlxalq konvensiyalar və təsnifat qaydaları əsasında müəyyən olunur.

Komitə sədrinin sözlərinə görə, DGK-nın əsas məqsədi bizneslə qarşılıqlı məlumat mübadiləsini artırmaq, sahibkarların prosedurları daha yaxşı anlamasına dəstək vermək və gömrük rəsmiləşdirilməsində yaranan məsələləri operativ həll etməkdir.

İş elanları AzVak.az-da

©  "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibədən

Şahin Bağırov Dövlət Gömrük Komitəsi DGK sahibkarlar biznes nümayəndələri gömrük prosedurları gömrük rəsmiləşdirilməsi gömrük dəyərləndirilməsi gömrük dəyəri mal təsnifatı əmtəə kodu idxal əməliyyatları ixrac əməliyyatları gömrük şikayətləri sahibkar müraciətləri xidmət şöbələri gömrük xidmət strukturları Gömrük-Biznes Forumu biznes sorğuları şəxsi hesab səhifəsi gömrük rüsumları gömrük qərarları məhkəmə instansiyası logistika şirkətləri ticarət şuraları sahibkar birlikləri gömrük metodologiyası malların daşınma xərcləri auksion qiymətləri beynəlxalq təsnifat qaydaları Azərbaycanda gömrük sistemi.
26.06.2026 13:17
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19