Coca-Cola Azərbaycan Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirib - FOTO

Coca-Cola Azərbaycan 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Qadınların birgə inkişafı naminə tərəfdaşlıq” tədbiri keçirib.
Tədbiri giriş sözü ilə açıq elan edən Coca-Cola Şirkətinin Qafqaz Regionunun Direktoru Adrian Cernautan şirkətin dəstəyi ilə son 10 ildə qadınların iqtisadi inkişafına səbəb olan layihələrin nəticələrini elan edib.
Qeyd olunub ki, son 10 ildə Coca-Cola dünyanın 100-dən çox ölkəsində 318 layihəyə dəstək olaraq 6 milyondan artıq qadının iqtisadi təşəbbüslərə qoşulmasına yardım edib. Azərbaycanda isə Coca-Cola şirkətinin dəstəyi ilə 5 mindən artıq qadın sahibkarlıq təlimlərində iştirak edib, 100-ə qədər yeni biznes layihələri yaradılıb. Həmin layihələr Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin İnkişaf Proqramı, Gənclər və İdman Nazirliyinin, ASAN Könülləri təşkilatı, Youth Inc proqramının tərəfdaşlığı ilə keçirilib.
Şirkətin qadınların inkişafına verdiyi töhfə ABŞ Dövlət Katibi tərəfindən də yüksək qiymətləndirilib. Coca-Cola Azərbaycan qadınların iqtisadi imkanlarını artırmaq üçün həyata keçirdiyi layihələrə görə “Qadınların iqtisadi inkişafı” kateqoriyası üzrə ABŞ Dövlət Katibinin Korporativ Mükəmməllik Mükafatına layiq görülüb. ABŞ-ın Azərbaycandakı səfiri Lee Litzenberger Dövlət Katibinin mükafatını Azərbaycan Coca-Cola Bottlers şirkətinin baş direktoru Rəna Məmmədovaya təqdim edib. ABŞ Dövlət Katibinin hər il təqdim olunan Korporativ Mükəmməllik Mükafatı ilə Coca-Cola şirkəti üçüncü, Coca-Cola Azərbaycan isə birinci dəfədir mükfatlandırılır.
“Coca-Cola şirkəti Azərbaycanın rayonlarında yaşayan qadınların iqtisadi imkanlarını, bilik və bacarıqlarını artırmaq məqsədi ilə geniş layihələr həyata keçirib, qadınların rifahlarının yaxşılaşdırılması istiqamətində əvəzsiz addımlar atıb. Coca-Cola Azərbaycandakı fəaliyyətində yüksək standartlarını qoruyur və cəmiyyət üçün faydalı layihələrin təşəbbüskarına, tərəfdaşına çevrilib. ABŞ şirkətinin belə uğuru bizi daim sevindirir” - ABŞ-ın Azərbaycandakı səfiri Lee Litzenberger qeyd edib.
“Qadınların inkişafı ailələrin, cəmiyyətin inkişafı deməkdir. Biz Komitə olaraq qadınların inkişafını dəstəkləyən təşəbbüslərdə tərəfdaş olmaqdan məmnunluq duyuruq. Sevindirici haldır ki, Coca-Cola şirkətinin Azərbaycanda qadınların sosial və iqtisadi rifahı üçün həyata keçirdiyi layihələr uğurla tamamlandı. Coca-Cola şirkətini uğurlu fəaliyyəti və layiq olduğu mükafat münasibətilə təbrik edirəm.” - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.
“Bugün Beynəlxalq Qadınlar Gününə həsr edilmiş bu tədbirdə bizim hamımızı birləşdirən əsas məqam Azərbaycan qadınlarının inkişafını və bunun üçün olan tərəfdaşlığımızdır. Sizlərlə birlikdə bir neçə dəyərli layihələrə dəstək olmuşuq. Bu layihələr sayından asılı olmayaraq bir çox qadının, gənc xanımların, qızların həyatında müəyyən iz buraxıb, onların inkişafına töhfə verib. Bu bizim birgə qələbəmiz, birgə nailiyyətimizdir. Və bugün ABŞ Dövlət Katibinin nüfuzlu mükafatı bizim ortaq işimiz, tərəfdaşlığımızın uğuruna verilən dəyərli qiymətdir.” - Azərbaycan Coca-Cola Bottlers şirkətinin baş direktoru Rəna Məmmədova bildirib.
“Həyata keçirdiyimiz layihələr çərçivəsində Azərbaycanın bölgələrində çoxsayda təşəbbüskar qadınla tanış olduq. Onların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün bir çox təlimlər təşkil olundu. Qadınlarımız müstəqil biznes layihələri başlamağa müvəffəq oldular. Bütün bunlar Coca-Cola Azərbaycanın dəstəyi ilə baş tutdu. Coca-Colaya və digər tərəfdaşlarımıza təşəkkür edirəm.”- BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəsinin müavini Charu Bist əlavə edib.
Tədbirin sonunda onlayn görüşə qatılan iştirakçılar layihələr çərçivəsində əldə etdikləri uğurdan danışıblar.
Qeyd edək ki, milyardlarla insanın tanıdığı və sevdiyi sərinləşdirici içkiləri istehsal edən Coca-Cola şirkəti dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
25 d. əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
31 d. əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
-
- 34 d. əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu
-
1 saat əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
1 saat əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
Son Xəbərlər

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Ən çox oxunanlar

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür
