Premium resort kompleksdə mənzil sahibi olmaq artıq daha asandır
Novxanıda dənizdən sadəcə bir neçə addımlıq məsafədə yerləşən və tam infrastrukturla təmin olunmuş “Xəzri Rezidens” yay aylarında istirahət üçün mükəmməl seçimdir.(®️) Son illərin böyük diqqət çəkən və unikal layihələrindən biri olan “Xəzri Rezidens” premium resort yaşayış kompleksində mənzilləri artıq ipoteka krediti ilə də əldə etmək mümkündür.
Xəzərin sahilində yerləşən möhtəşəm kompleksdə 10 il müddətli, 30% ilkin ödəniş və illik 10% ipoteka şərtləri ilə mənzil sahibi olmaq fürsəti mövcuddur.
Novxanı qəsəbəsi yaxınlığında, dənizin düz sahilində 4,21 hektar ekoloji təmiz ərazidə yerləşən “Xəzri Rezidens” yaşayış kompleksi xüsusən yay aylarında istirahət üçün ideal məkandır. İsti yay günlərində şəhər sakinləri rahat istirahət üçün dənizkənarı ərazilərə üz tuturlar. Bunun üçün Bakı kəndlərində yerləşən bağ evlərində vaxtlarını keçirirlər. Lakin əksər hallarda bağ evləri dənizdən xeyli aralı yerləşir, şərait və infrastruktur baxımından kifayət qədər yaxşı vəziyyətdə olmur. Buna görə də dənizdən sadəcə bir neçə addımlıq məsafədə yerləşən və tam infrastrukturla təmin olunmuş “Xəzri Rezidens” yay aylarında istirahət üçün mükəmməl seçimdir.
“Xəzri Rezidens”də dəniz ləpələrinin səsini eyvanınızdan eşidə, pəncərənizdən açılan gözəl dəniz mənzərəsindən zövq ala bilərsiniz. Narın qumlu çimərlik isə mənzilinizdən cəmi bir neçə addımlıq məsafədə yerləşir. 2 ədəd 12 mərtəbəli, 4 ədəd 7 mərtəbəli və 3 ədəd 5 mərtəbəli binadan ibarət olan kompleks sakinlərin istirahəti üçün hər bir şəraitlə təmin olunmuşdur. Belə ki, kompleksdə qapalı çimərlik sahəsi, həyətdaxili park, gəzinti və velosiped zolaqları var. Bundan əlavə spa və fitnes mərkəzi, kafe, restoran, futbol və voleybol meydançaları istirahətinizə əyləncə və fərqlilik qatacaq. Kompleksdə yerləşən uşaq bağçası, uşaq əyləncə mərkəzi, tədris mərkəzi və yeraltı parkinq isə sakinlərin rahatlığına xidmət edəcək. Həmçinin “Xəzri Rezidens”in yaxınlığında yeni alış-veriş və əyləncə mərkəzi inşa edilir ki, bu da kompleks sakinlərinin istirahət və əyləncə həyatını daha rəngarəng edəcək.
Nəzərinizə çatdıraq ki, “Xəzri Rezidens”i fərqli edən xüsusiyyətlərindən biri də inşaatın yüksək keyfiyyətidir. Müasir tələblərə tam cavab verən kompleks keyfiyyətli tikinti materialları və son texnologiyalarla inşa edilmişdir. Binaların fasadı ventilyasiyalı keramoqranitlə üzlənmiş, dördqat istilik və səs izolyasiyası tətbiq edilmişdir. Yüksək keyfiyyətli beton-bloklardan tikilmiş, korroziyaya davamlı alüminium izosistem pəncərə və vitrajlar istifadə edilmiş binalar Schindler markalı liftlərlə təmin olunmuşdur.
Sərmayəsini yüksək qazanca çevirmək istəyənlər, investisiya imkanları axtaranlar üçün də “Xəzri Rezidens” mükəmməl fürsətdir. Belə ki, dənizin düz sahilində yerləşən mənzilləri ilboyu, xüsusən yay aylarında kirayə verməklə yüksək qazanc əldə etmək olar.
Hal-hazırda kompleksdə tikinti işləri tam yekunlaşmış və mənzillər çıxarışla birlikdə sakinlərə təhvil verilmişdir. Siz də hazır kompleksdə çıxarışlı mənzilləri həm daxili hissə-hissə ödəniş, həm də ipoteka ilə əldə etmək fürsətini qaçırmayın. Xəzərin sahilində, tam fərqli kompleksdə sizin də mənziliniz olsun.
Qeyd edək ki, “Xəzri Rezidens” yaşayış kompleksinin idarəedilməsi müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsi üzrə peşəkar təcrübəyə malik “Facility Management Group” şirkəti tərəfindən həyata keçirilir. Şirkət daşınmaz əmlakın idarəedilməsi, icarəsi, satışı, bazar analizi, biznes təyinatının müəyyənləşdirilməsi üzrə ixtisaslaşıb.
Əlaqə:
*5775
[+994 50] 505 5775
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
-
6 d. əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 17 d. əvvəl
-
30 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 47 d. əvvəl
-
1 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb






.jpg)







.jpg)









