"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
Amerikanın investisiya bankı və maliyyə xidmətləri holdinq şirkəti JPMorgan Chase 2026-cı il üzrə qızılın unsiyasının orta qiyməti proqnozunu 5708 dollardan 5243 dollara endirib.
Marja.az-ın məlumatına görə, Bankın açıqlamasında bildirilib ki, proqnozdakı bu düzəliş 2026-cı ilin ilk aylarında qeydə alınan daha aşağı qiymət səviyyələrini əks etdirir.
Bununla belə, JPMorgan Chase 2026-cı ilin sonu üçün təxminən 6 000 dollar/unsiya səviyyəsində olan əsas ssenari proqnozunu qoruyub saxlayıb.
Bank ilin ikinci yarısında tələbin yenidən sürətlənəcəyini və bunun qızıl qiymətlərində güclü artımı dəstəkləyə biləcəyini qiymətləndirib.
Artan neft qiymətlərinin inflyasiya narahatlıqlarını gücləndirməsi və faiz dərəcələrinin daha uzun müddət yüksək qalacağı gözləntiləri qızılın qiymətinin bir aydan çox müddətin ən aşağı səviyyəsinə düşməsinə səbəb olub. Bakı vaxtı ilə saat 09:00-da bir unsiya qızılın qiyməti 4540 dollar təşkil edib. Qızlın qiyməti sessiyanın erkən saatlarında isə martın 30-dan bəri ən aşağı səviyyəsini görüb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
32 d. əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
10 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)





.jpg)






