6 nəfərlik dəstə Azərbaycan Ordusuna hücum edib
Qanunsuz erməni hərbi dəstəsinin6 üzvü məhv edilibMüdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.
Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.
Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
- 13 d. əvvəl
-
-
1 saat əvvəl
Çexiyanın Baş naziri: Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal bank neft qiymətləri üzrə proqnozunu yenidən yüksəldib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Goldman Brent neftinə dair qiymət proqnozunu yuxarı istiqamətdə yeniləyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
SOCAR "Ukrnafta" ilə əməkdaşlığın inkişafını müzakirə edib
"Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir"
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Ən çox oxunanlar
ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
PAŞA Bank ağacəkmə aksiyasına qoşulub
Bu bank pulunuza illik 12% gəlir təklif edir
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın











.jpg)







