Ölkənin badam tələbatı yerli Şirkət tərəfindən təmin olunacaq

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində badamçılığın inkişaf etdirilməsi kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Badamçılıq təsərrüfatının dünya standartlarına uyğun şəkildə təşkil edilməsinin əsas məqsədi bu sahənin dayanıqlı əsaslarla inkişafına nail olmaq, badam emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, bu sahədə fəaliyyət göstərən digər təsərrüfat subyektlərinə də dəstək olmaq, badamın ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan ibarətdir.
Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu çağırışına cavab olaraq “AZBADAM” MMC 2017-ci ilin Fevral ayından başlayaraq 3 il ərzində 470 hektar intensiv üsulla əkin aparılmış badam bağlarının salınmasını işini öhdəsinə götürmüşdür.
Şirkətdən Marja-ya verilən məlumata görə, bu badam bağlarında əkilən badam növləri İspan sortları kimi tanınan “Guara”, “Belona”, “Soleta”, “Avjior” sortlarıdır. Hər hektara 2,5-3 ton badam ləpəsi verə bilən bu ağaclar Abşeron mikro iqliminin xüsusiyyətlərinə tam uyğun olmaqla yanaşı, xəstəliklərə qarşı dözümlülükləri ilə seçilirlər
Əkin prosesi ilə eyni zamanda “AZBADAM” MMC tərəfindən badamın son məhsul kimi ləpə formasında emalını nəzərdə tutan Badam Emalı zavodunun işə salınması planlaşdırılır. Bu ilin Noyabr ayında istifadəyə verilməsi nəzərdə tutulan, ən müasir avadanlıqlarla təchiz olunacaq və Cənubi Qafqaz regionunda bir ilk olacaq Badam Emalı zavodunun tikintisinə artıq start verilmişdir.
İllik 750-800 ton badam ləpəsi emal etməyə imkan verən bu Zavod Ölkəmizi tam şəkildə yerli badam ləpəsi ilə təmin etməyə, bu istiqamətdə idxaldan asılılığı əsaslı şəkildə azaltmağa və yeni məhsul kimi Azərbaycan badamının ixracına imkan verir.
Texniki proseslərdə yüksək standartların tətbiqinə böyük əhəmiyyət verməklə yanaşı “AZBADAM” şirkəti kadr resurslarının da əvəzolunmaz önəmini diqqətində saxlayır. Hal-hazırda 170 nəfər əməkdaşı olan Şirkətdə Zavodun fəaliyyətə başlamasından sonra əlavə 35-40 yeni iş yerinin də açılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
11 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
