100 milyard dollara yaxın sərmayə inkişaf etməkdə olan ölkələrə axacaq
IIF-nin təxminlərinə görə, bu il 23 inkişaf etməkdə olan ölkəyə cəmi 96,5 milyard dollarlıq xalis sərməyə girişi reallaşacaq
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatlarına görə, bu il inkişaf etməkdə olan ölkələrə 96,5 milyard dollarlıq xalis sərmayə girişi gözlənilir. Ən çox girişin 67,4 milyard dollarla Hindistana olacağı nəzərdə tutulur.
"Marja"nın IIF proqnozlarından topladığı məlumatlara görə, bu il Koreya, Səudiyyə Ərəbistanı, Rusiya, Tayland, Polşa və Nigeriyada sərmayə çıxışı, Hindistan, Çin, Braziliya, İndoneziya, Meksika, Argentina, Cənub Afrika, Kolombiya, Çili, Livan, Misir, Filippin, Ukrayna, Türkiyə, Çexiya, Malayziya və Macarıstanda sərmayə girişi reallaşacaq.
Sərmayə girişi olacağı gözlənilən 17 ölkəyə cəmi 308,8 milyard dollar nağd axışı nəzərdə tutulur. Eyni zamanda sərmayə çıxışı olacağı nəzərdə tutulan 6 ölkədən pul çıxışlarının cəmi 212,2 milyard dollara çatacağı təxmin edilir. Beləcə, bu il aralarında 23 inkişaf etməkdə olan ölkəyə cəmi 96,5 milyard dollarlıq xalis sərməyə girişinin reallaşması gözlənilir.
IIF, ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin sərmayə çıxışına təkan verdiyini vurğulanıb, ticarət gərginliyinin artması vəziyyətində sərmayə çıxışlarının daha çox ola biləcəyini qeyd edib.
Bu ilin sonunda inkişaf etməkdə olan ölkələr arasında ən çox sərmayə girişinin Hindistana reallaşması gözlənilir. Hindistana keçən il 61,9 milyard dollarlıq sərmayə girişi baş verib, 2019-cu ilin sonunda bu rəqəmin 67,4 milyard dollara çatacağı nəzərdə tutulur.
Hindistanın ardından ən çox sərmayə girişinin 50,9 milyard dollarla Çinə, 34,9 milyard dollarla Braziliyaya, 34,6 milyard dollarla İndoneziyaya, 23,1 milyard dollarla Meksikaya və 18,6 milyard dollarla da Argentinaya olacağı gözlənilir.
İl sonunda Cənub Afrikaya 14,6 milyard dollar, Kolombiyaya 13,6 milyard dollar, Çiliyə 9,8 milyard dollar, Livana 9 milyard dollar, Misirə 7,3 milyard dollar, Filippinə 7,2 milyard dollar, Ukraynaya 5,8 milyard dollar, Türkiyəyə 5,4 milyard dollar, Çexiyaya 3,4 milyard dollar, Malayziyaya 2 milyard dollar və Macarıstana 1,2 milyard dollar pul girişinin reallaşacağı təxmin edilir.
Ən çox sərmayənin Koreyadan çıxacağı gözlənilir
IIF təxminlərinə görə, bu ilin sonunda inkişaf etməkdə olan ölkələr arasında ən çox sərmayə çıxışı Koreyada baş verəcək. Koreyadan sərmayə çıxışının 59,7 milyard dollara çatması gözlənilir.
Koreyanın ardından ən çox nağd çıxışının 57,6 milyard dollarla Səudiyyə Ərəbistanında və 57,3 milyard dollarla da Rusiyada yaşanacağı nəzərdə tutulur. Taylanddan 30 milyard dollarlıq, Polşadan 4,5 milyard dollarlıq və Nigeriyadan da 3,2 milyard dollarlıq sərmayə çıxışının baş verəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
2 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
3 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 4 saat əvvəl
-
5 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























