Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Brent neftinin qiyməti 82,37 dollara qədər yüksəlib, sonra 77 dollar səviyyələrinə düşüb.ABŞ və İsrailin İrana hücum etmləri, tanker gəmilərinin zədələnməsi və əsas neft hasilatı regionundan tədarükün (nəqlin) dayanması səbəbindən bazar ertəsi neft qiymətləri 7% artıb.
Marja xəbər verir ki, Brent markalı neft fyuçersləri ABŞ və İsrailin şənbə günü İrana zərbələr endirməsi və İranın Ali Rəhbəri Əli Xameneinin öldürülməsindən sonra ilk fyuçers ticarətində 82,37 dollara qədər yüksəlib ki, bu da 2025-ci ilin yanvarından bəri ən yüksək göstəricidir. Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Brent fyuçersləri təxminən 6% bahalaşma ilə bir barel üçün 77,09 dollara tcarət edilib.
ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam nefti də 4,66 dollar və ya 6,95% bahalaşaraq bir bareli 71,68 dolları görüb.
ABŞ və İsrail bazar günü Tehrana qarşı yeni zərbələr dalğası həyata keçirib, İran isə daha çox raket hücumları ilə cavab verib. Bu hadisələr şənbə günü Ali Rəhbər Əli Xameneinin öldürülməsindən sonra Yaxın Şərqdə və qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi daha da artırıb.
Hücumlar gəmiləri də risk altında qoyub – raketlərin Körfəz sahilləri yaxınlığında ən azı üç tankeri vurduğu və bir dənizçinin həlak olduğu bildirilib.
İran Hörmüz boğazında naviqasiyanı bağladığını açıqlayıb ki, bu da əsas alıcılar olan Asiya ölkələrinin hökumətləri və neft emalı şirkətlərini ehtiyatları yenidən qiymətləndirməyə vadar edib.
"ANZ"nin analitiki Daniel Hayns qeydində bildirib: “Cavab tədbirləri artıq Hörmüz boğazında neft tankerilərinə hücumlara keçdiyi üçün neft tədarükü ilə bağlı risklər əhəmiyyətli dərəcədə artıb.”
ABŞ bankı Citi-nin analitikləri davam edən münaqişə fonunda Brent neftinin bu həftə 80-90 dollar aralığında ticarət olunacağını gözləyirlər.
Böyük Britaniya bankı "Barclays"ın analitikləri də neftin qiymətinin 100 dollara çata biləcəyini qeyd ediblər.
Maks Leytonun rəhbərlik etdiyi analitiklər qeyddə bildiriblər: “Əsas ssenarimiz ondan ibarətdir ki, İran rəhbərliyində dəyişiklik baş verəcək və ya rejimdə müharibəni 1-2 həftə ərzində dayandıracaq qədər dəyişiklik olacaq, yaxud ABŞ İran rəhbərliyində dəyişiklik və İranın raket və nüvə proqramının zəiflədildiyini gördükdən sonra eyni müddətdə gərginliyi azaltmaq qərarı verəcək.”
Münaqişə fonunda OPEC+ bazar günü aprel ayı üçün gündəlik 206 min barel həcmində hasilat artımına razılaşıb.
"RBC Capital"ın analitiki Helima Kroft bildirib ki, Səudiyyə Ərəbistanı istisna olmaqla, OPEC+ istehsalçılarının demək olar hamısı maksimum gücdə hasilat həyata keçirir.
O qeyd edib: “Əgər kritik su yolları fəaliyyətsiz hala gətirilərsə, bazalardakı mövcud ehtiyat neftdən istifadəsi ciddi şəkildə məhdudlaşacaq.”
Son 24 saat ərzində kommersiya daşımaları üçün risklər kəskin artıb. Bazar günü yayılan gəmiçilik məlumatlarına görə, 200-dən çox gəmi – o cümlədən neft və mayeləşdirilmiş qaz tankeriləri – boğaz və ətraf sularda lövbər salıb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) direktoru Fatih Birol bazar günü bildirib ki, qurum Yaxın Şərqdəki hadisələri yaxından izləyir və regiondakı əsas istehsalçılar, eləcə də hökumətlər ilə əlaqə saxlayır. IEA fövqəladə hallarda inkişaf etmiş ölkələrin strateji neft ehtiyatlarının bazara buraxılmasını da koordinasiya edir.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
28 d. əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
-
- 37 d. əvvəl
-
1 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 2 saat əvvəl
-
3 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
4 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
Ən çox oxunanlar
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
Yollarda yeni tanınma nişanı olacaq
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Yayın ilk böyük endirimi!























