"Ayda 700 manat maaş alırdım" - Azərbaycandan 5.5 milyard manat çıxaran şəxs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda və Azərbaycandan çıxarmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R.Vəliyev suallara cavab verib.
O bildirib ki, taksi sürücüsü işləməmişdən əvvəl beton zavodda operator vəzifəsində çalışıb.
R.Vəliyev 9 şirkətin direktoru olduğunu, əvvəllər bankda işləmədiyini bildirib: "Əmək haqqım 700 manat olub. Maaşı nağd şəkildə Əli Can verirdi. Malik Əliyev 2013-cü ildən bizimlə çalışırdı. O, müqavilə və yük bəyannamələrinə nəzarət edirdi. Bankın Müşahidə Şurasının üzvü, bankın filial direktoru, işçisi və bankın rəhbəri ilə danışıqlarım olmayıb".
Məhkəmədə elan olunub ki, hər iki şəxs çirkli pulları 16 bank vasitəsi ilə xarici şirkətlərin hesabına köçürüblər.
R.Vəliyev qeyd edib ki, banklardan birinin Xətai filialında yer ayrılması üçün görüşə M.Əliyev gedib: "Mən Oqtay Hacıyevə bu barədə deyəndə Bankın rəhbəri ilə danışdı. Sonra görüşə Malik getdi. Oqtay Hacıyevi üzdən tanıyıram. Ülkər Nəbiyeva bizim işçimizdir, sənədlərə baxırdı".
Daha sonra digər təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini M.Əliyev dindirilib. O, 2013-cü ildə R.Vəliyevlə tanış olduğunu qeyd edib: "Rüfət Türkiyə vətəndaşının yanında çalışdığını, onun mal dövriyyəsinin geniş olduğunu bildirdi. Mən də köhnə bank işçisi olduğum üçün onunla işləməyə razı oldum. Əvvəl 300 manat maaş alırdım. Bankın rəhbərinə yer verilməsi üçün mən müraciət etmişəm. O da şəxsən Xətai filialını təklif etdi. Pullar Əli Canın ofisindən banka aparılıb, ikinci mərtəbədə sayılırdı. Mən müqavilələrə baxırdım. Səhv olanda Rüfətə verirdim, o da Əli Cana aparırdı. Hər şey qanuni şəkildə olurdu. Mən pulların sayılmasına baxmırdım. Kənarda oturub baxırdım. Əli Canı isə bir dəfə görmüşəm".
Hakim deyib ki, M.Əliyev hər dəfə banka 10 milyon manata yaxın pul aparıb, xaricə köçürüb.
Şahid qismində ifadə verən Ülkər Nəbiyeva deyib ki, “Royalbank”ın keçmiş əməkdaşı olub, 2013-cü ildə M.Əliyev tərəfindən ona iş təklif olunub. O bildirib ki, R.Vəliyevlə iş görüşməsini Bankın Xətai filialının ofisində edib: "Mən işə kərkuzar kimi qəbul olundum. Elə iş yerimiz də bankın ofisi idi. Şirkətə bankın filialında ofis ayrılmışdı. Bir neçə işçi orada çalışırdıq. Mən müqavilə sənədlərinə baxırdım".
Ü.Nəviyeva söyləyib ki, R.Vəliyev banka pulları nağd şəkildə gətirib: "Ondan başqa tanımadığım bir neçə adam da banka pul gətirirdi. Pullar orada sayılırdı, sonra sənədləşmə aparılırdı".
Məhkəmənin növbət iclası fevralın 20-nə təyin edilib.
İttiham aktına əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu Bankın rəhbəri ilə görüşdürüb. R.Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. Bankın rəhbəri onlar üçün Xətai filialında otaq ayırıb.
M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardıyca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.
Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.
Həmin şəxslər ümumilikdə cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulu çirkli yolla leqallaşdırıb və ölkədən çıxarıb.
Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
10 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
11 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
11 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)





.jpg)







