Lökbatanda yeni avtostansiya istifadəyə veriləcək - QADAĞA QOYULACAQ
Bakı Cənub Avtostansiyası fevral ayında istifadəyə veriləcək.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, cənub, cənub-şərq və cənub-qərb bölgəsində yaşayan vətəndaşların paytaxta rahat gediş-gəlişini təmin etmək məqsədilə Lökbatan ərazisində yeni avtostansiya inşa edilir. Artıq tikinti işlərinin bir qismi başa çatdırılıb. Fevral ayında isə Bakı Cənub Avtostansiyası tam hazır vəziyyətdə vətəndaşların istifadəsinə veriləcək.
N.Allahyarova qeyd edib ki, yeni avtostansiya fəaliyyətə başladıqdan sonra Lökbatan dairəsindəki nəqliyyat xaosu aradan qalxacaq. “Həmin ərazidə ticarət mərkəzləri çox sıx yerləşib. İstər cənub, cənub-şərq və cənub-qərb bölgəsindən gələn vətəndaşlar, istərsə də Bakıdan Lökbatan dairəsi istiqamətinə gedənlər nəqliyyat vasitələrini dairənin ətrafında saxlayır. Bu da avtonəqliyyat vasitələrinin keçidi üçün maneə yaradır və hərəkət üçün bir zolaq saxlanılır. DANX Dövlət Yol Polisi ilə birlikdə reyd keçirərək dairə ətrafında nəqliyyat vasitələrinin dayanmasının qarşısını alıb. Bu nəqliyyat vasitələri avtostansiyaya yönəldilib. Artıq avtonəqliyyat vasitələri dairədən sırf hərəkət üçün istifadə edir”, deyə N.Allahyarova bildirib.
Onun sözlərinə görə, avtostansiyanın ən böyük üstünlüyü ondan ibarətdir ki, hazırda ticarət mərkəzlərindən alış-veriş edib cənub, cənub-şərq istiqamətinə gedən sərnişinlər əvvəlcə 20 Yanvar dairəsinə, oradan Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK), daha sonra isə rayona getməlidir. Avtostansiya istifadəyə verildikdən sonra isə artıq alış-veriş edib rayona getmək istəyən vətəndaşlar, birbaşa Bakı Cənub Avtostansiyasından rayona gedə biləcəklər.
“Avtostansiya qeyri-qanuni daşımaların da qarşısını alacaq. Çox zaman sərnişinlər Lökbatandan Avtovağzala getmək əvəzinə qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrindən istifadə edir. Avtostansiya istifadəyə verildikdən sonra qanunsuz fəaliyyət göstərən nəqliyyat vasitələrinin ərazidə sərnişindaşımalarına qadağa qoyulacaq. Bu da həm avtomobillərin sıxlığını aradan qaldıracaq, insanların rahat gediş-gəlişini təmin edəcək, qanunsuz daşımaların qarşısını alacaq, həm də BBAK-ın üzərinə düşən yükü azaldacaq”, - deyə N.Allahyarova vurğulayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 9 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
14 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
15 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
15 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib

















.jpg)




