Buraxılış və qəbul imtahanlarının yeni modelinin detalları açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinin detalları məlum olub.
DİM-dən "Marja"ya verilən məlumata görə, yeni model aşağıdakı kimi olacaq:
Buraxılış imtahanı (9 illik təhsil bazasında)
I mərhələ (imtahan müddəti - 3 saat)
Fənnin adı | Maksimal bal | Tapşırıqların sayı | |
1. | Tədris dili | 30 | 2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq |
2. | Riyaziyyat | 30 | 10 açıq tapşırıq (həllin yazılması tələb olunan) |
3. | Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri) | 30 | 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq ); |
II mərhələ (imtahan müddəti - 2 saat 15 dəqiqə)
Fənnin adı | Maksimal bal | Tapşırıqların sayı | |
1. | Tədris dili (Azərbaycan dili, rus dili) | 70 | 30 qapalı |
2. | Riyaziyyat | 70 | 30 qapalı |
3. | Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) | 70 | 30 qapalı |
Buraxılış imtahanı (11 illik təhsil bazasında) İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)
Fənnin adı | Maksimal | Tapşırıqların sayı | |
1. | Tədris dili (Azərbaycan dili, rus dili) | 100 | Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq. |
2. | Riyaziyyat | 100 | 7 həllin yazılması tələb olunan açıq tapşırıq+5 açıq tapşırıq+13 qapalı tapşırıq. |
3. | Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) | 100 | 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq); |
Maksimal bal: 300 Qəbul imtahanı (imtahan müddəti 3 saat)
I qrup | II qrup | III qrup | IV qrup |
Riyaziyyat - 30 tapşırıq | Riyaziyyat - 30 tapşırıq | Azərbaycan (rus) dili - 30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn). | Biologiya - 30 tapşırıq |
Fizika 30 tapşırıq | Coğrafiya - 30 tapşırıq | Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mənbə) | Kimya - 30 tapşırıq |
Kimya-30 tapşırıq (22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) | Tarix - 30 tapşırıq | Ədəbiyyat-30 tapşırıq | Fizika -30 tapşırıq |
Maksimal bal: 400
Qeyd 1: I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Qeyd 2: Tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir.
Qeyd 3: Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
18 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 saat əvvəl
-
1 gün əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
1 gün əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
1 gün əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 25-də gözlənilən hava şəraiti
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
















.jpg)



